Hacıqabulda iki avtomobil toqquşdu: 7 yaralı - FOTO

Hacıqabulda baş verən yol qəzasında 7 nəfər xəsarət alıb. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Pirsaat kəndi ərazisində qeydə alınıb. "Mercedes" markalı iki minik avtomobilinin toqquşması nəticəsində 7 nəfər xəsarət alıb. Xəsarət alanlar - Biləsuvar sakini, 1989-cu il təvəllüdlü Hüseynli Elçin Ələsgər oğlu, İmişli sakinləri - 1966-cı il təvəllüdlü Əzizov Nazim Çərkəz oğlu, 1968-ci il təvəllüdlü Əzizova Arifə Bəybala qızı, 2014-cü il təvəllüdlü Əzizov Nazim Nahim oğlu, Sumqayıt sakini, 1989-cu il təvəllüdlü Səfərov Elnur İsrayıl oğlu, 1953-cü il təvəllüdlü Eyvazova Məleykə İbrahim qızı və Eyvazov Vüsal Ələmdar oğlu müxtəlif xəsarətlərlə Şirvan şəhər Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı Baş Dövlət Yol Polisi tərəfindən araşdırma aparılır.
*** Saat 11:08
Hacıqabulda ağır yol qəzası baş verib. Hadisə rayonun Pirsaat kəndi ərazisində qeydə alınıb. "Mercedes" markalı iki minik avtomobilinin toqquşması nəticəsində xəsarət alanların olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
“Lada” və avtobus qəza törətdi - Sürücü belə xilas edildi - VİDEO
Rusiyada yerüstü piyada keçidi yük maşınının üzərinə aşdı - ANBAAN VİDEO
Xırdalan dairəsi yaxınlığında “BMW” və “QAZ” toqquşdu - VİDEO
Ağ Şəhərdə qəza: “Mercedes” və “BYD” toqquşdu - VİDEO
Sürücülük hüququ olmayan gənc qəzaya düşdü; 17 yaşlı sərnişin ÖLDÜ - VİDEO
Astarada “Niva” aşdı; sürücü ÖLDÜ - FOTO
Motosikletçi qəzada öldü, hadisə yerindən qaçan azərbaycanlı sürücü TUTULDU
Beyləqanda iki “VAZ” toqquşaraq yararsız hala düşdü - VİDEO
Önündəki avtomobilin xəbərdarlığı son anda qəzanın qarşısını aldı - VİDEO
Yağışlı havada qəza törədənlərin görüntüləri yayıldı - VİDEO
Ara məsafəsi saxlamadılar; zəncirvari qəza baş verdi - ANBAAN VİDEO












