Hələ monitorun “plyonka”sını soymamışdı, qəzaya düşdü - VİDEO

Yeni avtomobil alanlar üçün ilk günlər xüsusi əhəmiyyət daşıyır – maşının hər detalı qoruyur, hətta ekran qoruyucularını belə çıxarmağa qıymırlar. Amma bəzən gözlənilməz qəzalar bu sevincin yerini böyük məyusluğa verə bilir.
Avtosfer.az xəbər verir ki, 2025-ci il model təzə avtomobilini alan bir sürücü, maşının üzərindəki “plyonka”nı belə çıxarmamışdı. Lakin baş verən qəza nəticəsində sevinci bir anda puça çıxıb. Sürücü avtomobilinin qəza sonrası tanınmaz hala düşmüş görüntülərini sosial şəbəkədə paylaşaraq, “Kişilər ağlamaz” sözlərini yazıb. Hadisə Türkiyədə yaşanıb.
Maşını hər yöndən çəkən sürücü sonda avtomobilin içərisindəki monitorun “plyonka”sının belə hələ də üzərində olduğunu, buna baxmayaraq qəza nəticəsində nəqliyyat vasitəsinin yararsız hala gəldiyini göstərib.
Yeni avtomobilini belə qəzada itirən sürücünün emosional paylaşımı izləyicilər tərəfindən həm təəssüf, həm də dəstək hissi ilə qarşılanıb.
Eltac Zülfüqaroğlu
Gəncədə ağır qəza: Üç yaralı
“Boksol yolu”nda qarşıdan gələn maşınları vecinə almayıb qəza törətdi - VİDEO
Qaz borusuna çırpılan yük maşını yolu bağladı – FHN cəlb olundu - VİDEO
Qəzada ölən Elşən “AzərEnerji”nin əməkdaşı imiş - FOTO
Cəbrayılda AĞIR QƏZA: Sürücü öldü
İdarəetmədən çıxan “Hyundai” işıq dirəyinə çırpıldı - VİDEO
Culfada qəza: Bir ölü, səkkiz yaralı - FOTO
"Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert
“Mercedes” “KamAz”a çırpıldı - Yaralılar var - FOTO - YENİLƏNİB
Qaradağda zəncirvari qəza: 4 maşın bir-birinə girdi - VİDEO
Ötmə qaydasını pozan sürücü qəza törətdi; sərnişin ÖLDÜ - VİDEO












