Hindistanda qəzaya uğrayan təyyarənin “qara qutu”ları ABŞ-a göndəriləcək

Hindistanda qəzaya uğrayan “Air India” aviaşirkətinə məxsus “Boeing 787-8 Dreamliner” təyyarəsinin zədələnmiş “qara qutu”ları məlumatların oxunması üçün ABŞ-a göndəriləcək.
Avtosfer.az xəbər verir ki, Hindistanın “Economic Times” qəzeti bu barədə mənbələrinə istinadla məlumat yayıb.
Məlumata görə, qəza zamanı “qara qutu”lara ciddi ziyan dəydiyi üçün Hindistanda onların analizini aparmaq mümkün olmayıb. Bu səbəbdən onlar ABŞ-dakı Nəqliyyatda Təhlükəsizlik üzrə Milli Şuranın (NTSB) laboratoriyasına göndəriləcək. Qəzada ölənlər arasında 53 britaniyalı olduğu üçün Birləşmiş Krallığın Aviasiya Qəzalarının Təhqiqat Bölməsinin mütəxəssisləri də prosesdə iştirak edəcəklər.
Xatırladaq ki, iyunun 12-də “Air India” aviaşirkətinə məxsus “Boeing 787-8 Dreamliner” təyyarəsi Hindistanın qərbində yerləşən Əhmədabad şəhərinin hava limanından havaya qalxdıqdan az sonra tibb kollecinin yataqxana binasına çırpılıb. Londona uçan laynerin qəzaya uğraması nəticəsində 241 nəfər təyyarədə, 30-dan çox insan isə yerdə həlak olub. Qəzadan bir sərnişinin sağ çıxdığı bildirilir. Hadisə ilə bağlı araşdırmalar davam edir.
Gəncədə avtobus qəzaya düşdü
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO
Mikroavtobusun təkəri partladı, avtomobil aşdı: Xəsarət alanlar var - VİDEO
Babək prospektində maşın körpüdən aşdı - FOTO - VİDEO - YENİLƏNİB
Qax sakinini Masazırda maşın vurub öldürdü - FOTO
Bakıda zəncirvari QƏZA: Üç avtomobil yararsız hala düşdü - FOTO - VİDEO
Bakıda dəhşətli QƏZA: Oğlan öldü , sevgilisi ağır yaralandı
Qubada ağır qəzada ölən gəncin FOTOSU - YENİLƏNİB
Hamilə qadın qəzada öldü; maşını yandırdılar
İmişlidə "KIA" yük maşınına çırpıldı: ÖLƏNLƏR VAR - FOTO - YENİLƏNİB












