Hökümənin bibisi oğlunun öldüyü hadisədən - FOTO - VİDEO

Xəbər verdiyimiz kimi, Naxçıvanda məktəb direktoru avtomobil qəzasında həlak olub.
Avtosfer.az xəbər verir ki, “Şərqin qapısı” dünən Ordubad rayonunun Nürgüt kəndində baş vermis hadisənin görüntülərini yayıb.
Görüntülərdən Kəlbəcər rayonu Susuzluq kənd sakini, 2013-cü ildən Ordubadın Nürgüt kəndində yaşayan 1985-ci il təvəllüdlü Yusibov Adim Adıgözəl oğlunun idarə etdiyi pikap tiplu avtomobilin qəzadan sonra aşması və banı üstündə qalması məlum olur.
Qeyd edək ki, A.Yusibov Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Onu da qeyd edək ki, rayonun Ələhi kənd orta məktəbinin direktoru olan A.Yusibov AZAL-ın 2024-cü il dekabrın 25-də Aktauda qəzaya uğrayan təyyarədə həlak olan stüardessa, Prezident İlham Əliyevin sərəncamı ilə ölümündən sonra Milli Qəhrəman adı verilən Hökumə Əliyevanın bibisi oğludur. Hadisə A.Yusibov ot biçini sahəsinə gedərkən baş verib.


Gəncədə ağır qəza: Üç yaralı
“Boksol yolu”nda qarşıdan gələn maşınları vecinə almayıb qəza törətdi - VİDEO
Qaz borusuna çırpılan yük maşını yolu bağladı – FHN cəlb olundu - VİDEO
Qəzada ölən Elşən “AzərEnerji”nin əməkdaşı imiş - FOTO
Cəbrayılda AĞIR QƏZA: Sürücü öldü
İdarəetmədən çıxan “Hyundai” işıq dirəyinə çırpıldı - VİDEO
Culfada qəza: Bir ölü, səkkiz yaralı - FOTO
"Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert
“Mercedes” “KamAz”a çırpıldı - Yaralılar var - FOTO - YENİLƏNİB
Qaradağda zəncirvari qəza: 4 maşın bir-birinə girdi - VİDEO
Ötmə qaydasını pozan sürücü qəza törətdi; sərnişin ÖLDÜ - VİDEO












