İmişlidə "KIA" yük maşınına çırpıldı: ÖLƏNLƏR VAR - FOTO - YENİLƏNİB

İmişli rayonunda baş verən ağır yol-nəqliyyatı zamanı ölənlərin və xəsarət alan şəxslərin adları məlum olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində minik avtomobilinin sürücüsü, 1988-ci il təvəllüdlü Həsən Həsənov, eləcə də sərnişin, 1980-ci il təvəllüdlü Gülrəng Əliyeva həlak olub, sərnişinlər - 1981-ci il təvəllüdlü Mənsir Rzayev və yük avtomobilinin sürucusu, 1982-ci il təvəllüdlü Emin Ələkbərov xəsarət alıblar.
***13:24
İmişli rayonunda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 1 nəfər şəxs (kişi) bu gün saat 11:40-da İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:
"Ona bədənin müxtəlif nahiyələrinin əzilməsi diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib.
Vəziyyəti qənaətbəxş qiymətləndirilən 1981-ci il təvəllüdlü pasiyentin müalicəsi hazırda Təcili yardım şöbəsində davam etdirilir".
***12:52
İmişlidə baş vermiş qəza nəticəsində KIA markalı avtomobildə olan qadın və kişi həyatını itirib.
Avtosfer.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) açıqlama yayıb.
Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə İmişli-Kürdəmir avtomobil yolunun İmişli rayonu, Ağaməmmədli kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
"Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin İmişli Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, DAF markalı yük və KIA markalı minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat qəzasının baş verdiyi və vətəndaşların sıxılı vəziyyətdə qaldığı müəyyənləşdirilib.
Yanğınsöndürən-xilasedicilər tərəfindən qəza nəticəsində vəfat edən sürücünün (kişi cinsli) və sərnişinin (qadın cinsli) meyiti KIA markalı minik avtomobilindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib" - deyə qeyd edilir.
Hadisə ilə əlaqədar araşdırma aparılır.

***
İmişli rayonunda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, qəza zamanı KIA markalı minik avtomobili yük maşınının qoşqusuna çırpılıb.
Toqquşma nəticəsində iki nəfər həyatını itirib, bir nəfər isə xəsarət alıb.
Hadisənin təfərrüatları araşdırılır.

Bakıda bir neçə avtomobil toqquşdu - VİDEO
Sürücünün halı pisləşdi: Avtobus ağaca çırpıldı - VİDEO
Ağır QƏZA: Piyadanı vurub ÖLDÜRDÜ
Qaxda sərnişin mikroavtobusu dərəyə aşdı - VİDEO
Böyükşor yolunda ağır qəza - VİDEO
Türkiyədə TIR-la mikroavtobus toqquşdu 7 nəfər öldü
Novxanıda maşın aşdı: Xəsarət alan var - VİDEO - YENİLƏNİB
Şamaxıda AĞIR QƏZA: Ölən və xəsarət alan var
Mikroavtobus AŞDI - ÖLƏN VAR
Avtomobilin vurduğu piyada 3 gün sonra öldü - FOTO
Göyçayda avtobusla maşın toqquşdu – Xəsarət alanlar var - VİDEO












