İsmayıllı və Bərdədə ağır qəzalar - 2 ölü, 2 yaralı var - VİDEO

İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtomobil ağaca çırpılıb, keçmiş polis əməkdaşı ölüb. Avtosfer.az-ın məlumatına görə, hadisə ötən gün axşam saat 19:00 radələrində İsmayıllının İvanovka qəsəbəsi ərazisində qeydə alınıb. Göyçay rayon sakini Mahmudov Arzu Mahmud oğlu idarə etdiyi minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib, maşın yoldan çıxaraq ağaca çırpılıb. Hadisə nəticəsində sürücü dünyasını dəyişib.
Bərdədə də baş verən yol qəzasında isə sərnişin ölüb. Hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Qəza zamanı 2 minik avtomobili toqquşub. Nəticədə avtomobillərdən birində olan sərnişin Yaşar Həmidov dünyasını dəyişib. Hadisə zamanı digər iki nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Hər iki faktla bağlı araşdırma aparılır.
Yasamalda avtobusla taksi toqquşdu – Yolda hərəkət çətinləşdi - VİDEO
“Lada” və avtobus qəza törətdi - Sürücü belə xilas edildi - VİDEO
Rusiyada yerüstü piyada keçidi yük maşınının üzərinə aşdı - ANBAAN VİDEO
Xırdalan dairəsi yaxınlığında “BMW” və “QAZ” toqquşdu - VİDEO
Ağ Şəhərdə qəza: “Mercedes” və “BYD” toqquşdu - VİDEO
Sürücülük hüququ olmayan gənc qəzaya düşdü; 17 yaşlı sərnişin ÖLDÜ - VİDEO
Astarada “Niva” aşdı; sürücü ÖLDÜ - FOTO
Motosikletçi qəzada öldü, hadisə yerindən qaçan azərbaycanlı sürücü TUTULDU
Beyləqanda iki “VAZ” toqquşaraq yararsız hala düşdü - VİDEO
Önündəki avtomobilin xəbərdarlığı son anda qəzanın qarşısını aldı - VİDEO
Yağışlı havada qəza törədənlərin görüntüləri yayıldı - VİDEO











