Körpüdə ağır yol qəzası: 7 nəfər ölüb - FOTO

Türkiyənin Konya vilayətində iki avtomobilin iştirakı ilə baş verən ağır yol qəzasında 7 nəfər ölüb. Avtosfer.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə iyulun 20-si yerli saatla 22.30 radələrində Karatay rayonu, Adana ətraf yolu Borsa körpü qovşağında qeydə alınıb.
Məlumata görə, 42 ACM 965 dövlət qeydiyyat nişanlı minik avtomobili 42 GF 252 dövlət qeydiyyat nişanlı minik maşını ilə toqquşub.
Qəzada hər iki nəqliyyat vasitəsində sıxışan və ölən vətəndaşlar xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Xeyli sayda səhiyyə əməkdaşının cəlb edildiyi hadisə yerində, qəzaya düşən nəqliyyat vasitələrindən sağ çıxan olmayıb.
Nəticədə 7 nəfərin öldüyü müəyyənləşdirilib.
Polis qəzanın baş vermə səbəblərini araşdırır.
Namiq Musayev


Bakı–Qazax yolunda AĞIR QƏZA: 3 nəfər ÖLDÜ - FOTO - VİDEO
Qubada AĞIR QƏZA: ÖLƏN VAR - FOTO
Yasamalda avtobusla taksi toqquşdu – Yolda hərəkət çətinləşdi - VİDEO
“Lada” və avtobus qəza törətdi - Sürücü belə xilas edildi - VİDEO
Rusiyada yerüstü piyada keçidi yük maşınının üzərinə aşdı - ANBAAN VİDEO
Xırdalan dairəsi yaxınlığında “BMW” və “QAZ” toqquşdu - VİDEO
Ağ Şəhərdə qəza: “Mercedes” və “BYD” toqquşdu - VİDEO
Sürücülük hüququ olmayan gənc qəzaya düşdü; 17 yaşlı sərnişin ÖLDÜ - VİDEO
Astarada “Niva” aşdı; sürücü ÖLDÜ - FOTO
Motosikletçi qəzada öldü, hadisə yerindən qaçan azərbaycanlı sürücü TUTULDU
Beyləqanda iki “VAZ” toqquşaraq yararsız hala düşdü - VİDEO











