Kürdəmirdə avtomobil aşdı: Xəsarət alanlar var - FOTO - YENİLƏNİB

Yanvarın 1-i saat 11:00-da Kürdəmirdə baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan iki nəfər (qadın) Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Məlumatda qeyd olunub ki, onlara bədənin müxtəlif nahiyələrinin səthi travması diaqnozu təyin edilib:
"Hər iki pasiyentə zəruri tibbi yardım göstərildikdən sonra onlar ambulator müalicə üçün evə buraxılıblar".
***11:37
Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun rayonun Sor-Sor kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, İbrahim Novruzov "Hyundai i30" markalı avtomobillə qəfildən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.
Qəza zamanı avtomobildə olan üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıblar və həkim nəzarətinə götürülüblər.
Faktla bağlı araşdırma aparılır.
Gəncədə ağır qəza: Üç yaralı
“Boksol yolu”nda qarşıdan gələn maşınları vecinə almayıb qəza törətdi - VİDEO
Qaz borusuna çırpılan yük maşını yolu bağladı – FHN cəlb olundu - VİDEO
Qəzada ölən Elşən “AzərEnerji”nin əməkdaşı imiş - FOTO
Cəbrayılda AĞIR QƏZA: Sürücü öldü
İdarəetmədən çıxan “Hyundai” işıq dirəyinə çırpıldı - VİDEO
Culfada qəza: Bir ölü, səkkiz yaralı - FOTO
"Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert
“Mercedes” “KamAz”a çırpıldı - Yaralılar var - FOTO - YENİLƏNİB
Qaradağda zəncirvari qəza: 4 maşın bir-birinə girdi - VİDEO
Ötmə qaydasını pozan sürücü qəza törətdi; sərnişin ÖLDÜ - VİDEO














