Kürdəmirdə bir ailənin 4 üzvü qəzaya düşdü - FOTO - YENİLƏNİB

Kürdəmirdə baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların son vəziyyəti açıqlanıb.
Avtosfer.az-ın məlumatına görə, oxu.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, oktyabrın 8-i, saat 08:50-də Kürdəmir rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan dörd nəfər (iki qadın, iki kişi olmaqla) təcili tibbi yardım avtomobili vasitəsilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospiltazasiya olunublar.
"Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib. Hazırda hər birinin müalicəsi tibb müəssisəsində davam etdirilir. Vəziyyətləri stabil olaraq qiymətləndirilir", - deyə məlumatda bildirilib.
***11:18
Kürdəmir rayonunda baş verən avtomobil qəzasında xəsarət alanların kimliyi məlum olub.
Avtosfer.az bizim.media-ya istinadən xəbər verir ki, qəza zamanı xəsarət alanlar bir ailənin üzvləri olan Bakı və Sumqayıt sakinləri - 1946-cı il təvəllüdlü Qaraşova Məxmər Xalıqverdi qızı, 1979-cu il təvəllüdlü Qaraşov Maxsud Savalan oğlu, 1990-cı il təvəllüdlü Qaraşova Aytac Elxan qızı və 2010-cu il təvəllüdlü Qaraşov Yusif Maxsud oğludur.
Xatırladaq ki, hadisə Kürdəmir rayonunun Sığırlı kəndi ərazisində qeydə alınıb.
Belə ki, "Mitsubishi Pajero" markalı avtomobil həmin yolda hərəkətdə olarkən qəfildən idarəetməni itirərək yol kənarındaki beton dirəyə çırpılıb.
Qəza zamanı sürücü və avtomobildəki üç sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Onlar dərhal təcili tibbi yardım maşını ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.



Gəncədə ağır qəza: Üç yaralı
“Boksol yolu”nda qarşıdan gələn maşınları vecinə almayıb qəza törətdi - VİDEO
Qaz borusuna çırpılan yük maşını yolu bağladı – FHN cəlb olundu - VİDEO
Qəzada ölən Elşən “AzərEnerji”nin əməkdaşı imiş - FOTO
Cəbrayılda AĞIR QƏZA: Sürücü öldü
İdarəetmədən çıxan “Hyundai” işıq dirəyinə çırpıldı - VİDEO
Culfada qəza: Bir ölü, səkkiz yaralı - FOTO
"Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert
“Mercedes” “KamAz”a çırpıldı - Yaralılar var - FOTO - YENİLƏNİB
Qaradağda zəncirvari qəza: 4 maşın bir-birinə girdi - VİDEO
Ötmə qaydasını pozan sürücü qəza törətdi; sərnişin ÖLDÜ - VİDEO












