Kürdəmirdə qəza oldu - Ölən var - YENİLƏNİB

Kürdəmirdə baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
"Avqustun 26-sı saat 19:30-da Kürdəmir rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə bir nəfər (qadın cinsli) Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
1975-ci il təvəllüdlü şəxsə L2 fəqərəsinin kompression sınığı diaqnozu təyin olunub və zəruri ilkin tibbi xidmət göstərilib.
Vəziyyəti kafi qiymətləndirilən pasiyent öz istəyi ilə ixtisaslı tibbi xidmətdən imtina edib", - məlumatda qeyd olunub.
***09:23
Kürdəmirdə ağır yol qəzası baş verib.
Avtosfer.az xəbər verir ki, hadisə Ağsu–Kürdəmir–İmişli avtomobil yolunun Ucarlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Mercedes” markalı minik avtomobili “Chevrolet”lə toqquşub.
Qəza nəticəsində “Mercedes”in 39 yaşlı sürücüsü Vahid Alıyev hadisə yerində vəfat edib.
Avtomobildə olan xanım sərnişin isə xəstəxanaya yerləşdirilib.
Şəmkirdəki qəzada ölənlər sinif yoldaşı imişlər... - FOTOLAR - YENİLƏNİB
Bakı-Qazax yolunda AĞIR QƏZA: Ölən var
Körpüdən aşan avtomobilin sürücüsünün vəziyyəti AÇIQLANDI - FOTO - VİDEO
Sərxoş sürücü sürətə nəzarəti itirdi; 2 ölü, 1 yaralı - VİDEO
Gəncədə avtobus qəzaya düşdü
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO
Mikroavtobusun təkəri partladı, avtomobil aşdı: Xəsarət alanlar var - VİDEO
Babək prospektində maşın körpüdən aşdı - FOTO - VİDEO - YENİLƏNİB
Qax sakinini Masazırda maşın vurub öldürdü - FOTO
Bakıda zəncirvari QƏZA: Üç avtomobil yararsız hala düşdü - FOTO - VİDEO












