Kürdəmirdə yük maşını “Mercedes”ə çırpıldı - Ölən var - FOTO - VİDEO - YENİLƏNİB

Kürdəmirdə baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların sayı artıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, oktyabrın 15-də saat 05:40-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Kürdəmir rayonu, Qarabucaq kəndi ərazisindən yol-nəqliyyat hadisəsi səbəbi ilə çağırış qeydə alınıb.
"Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib. Təcili tibbi yardım briqadası tərəfindən iki nəfərə (kişi) yerində yardım olunub. Bir nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb", - deyə məlumatda bildirilir./oxu.az
***09:06
Kürdəmirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi olub.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Qarabucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, 1966-cı il təvəllüdlü İmişli rayon sakini Əliyev Mahmudun sükanı arasında olduğu “Isuzu” markalı yük maşını yol kənarında dayanmış “Mercedes” markalı yük maşınına çırpılıb.
Nəticədə “Isuzu” markalı yük maşınında olan sərnişin - 1980-ci il təvəllüdlü İmişli rayon sakini Cabbarov Taleh hadisə yerindəcə həyatını itirib, sürücü isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Şəmkirdəki qəzada ölənlər sinif yoldaşı imişlər... - FOTOLAR - YENİLƏNİB
Bakı-Qazax yolunda AĞIR QƏZA: Ölən var
Körpüdən aşan avtomobilin sürücüsünün vəziyyəti AÇIQLANDI - FOTO - VİDEO
Sərxoş sürücü sürətə nəzarəti itirdi; 2 ölü, 1 yaralı - VİDEO
Gəncədə avtobus qəzaya düşdü
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO
Mikroavtobusun təkəri partladı, avtomobil aşdı: Xəsarət alanlar var - VİDEO
Babək prospektində maşın körpüdən aşdı - FOTO - VİDEO - YENİLƏNİB
Qax sakinini Masazırda maşın vurub öldürdü - FOTO
Bakıda zəncirvari QƏZA: Üç avtomobil yararsız hala düşdü - FOTO - VİDEO
















