Lənkəranda minik və yük avtomobilləri toqquşdu: 1 ölü - FOTO

Lənkəranda minik və yük avtomobillərinin toqquşması nəticəsində 1 nəfər ölüb. Avtosfer.az-ın "Report"a istinadən verdiyi xəbərə görə, yol-nəqliyyat hadisəsi Gərmətük kəndində baş verib. "Mercedes" markalı minik avtomobili eyni istiqamətdə hərəkət edən "QAZ-52" markalı avtomobil ilə toqquşub. Maşınlar zərbənin təsirindən aşıblar. Qəza nəticəsində "QAZ-52"nin sürücüsü Türkəkəran kənd sakini, 1993-cü il təvəllüdlü Tahirov Hakim Mübariz oğlu hadisə yerində vəfat edib, sərnişini 1964-cü il təvəllüdlü Nurullayev Ehtiram Nahid oğlu isə ağır yaralanıb. Yaralı ilə birgə digər avtomobilin sürücüsü Siyavar kənd sakini, 1978-ci il təvəllüdlü Quliyev Rasim Adət oğlu da Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin məlumata görə, qəzaya yük avtomobilinin dönmə əməliyyatını qəfildən yerinə yetirməsi səbəb olub.
Faktla bağlı araşdırma aparılır.
Bakı–Qazax yolunda AĞIR QƏZA: 3 nəfər ÖLDÜ - FOTO - VİDEO
Qubada AĞIR QƏZA: ÖLƏN VAR - FOTO
Yasamalda avtobusla taksi toqquşdu – Yolda hərəkət çətinləşdi - VİDEO
“Lada” və avtobus qəza törətdi - Sürücü belə xilas edildi - VİDEO
Rusiyada yerüstü piyada keçidi yük maşınının üzərinə aşdı - ANBAAN VİDEO
Xırdalan dairəsi yaxınlığında “BMW” və “QAZ” toqquşdu - VİDEO
Ağ Şəhərdə qəza: “Mercedes” və “BYD” toqquşdu - VİDEO
Sürücülük hüququ olmayan gənc qəzaya düşdü; 17 yaşlı sərnişin ÖLDÜ - VİDEO
Astarada “Niva” aşdı; sürücü ÖLDÜ - FOTO
Motosikletçi qəzada öldü, hadisə yerindən qaçan azərbaycanlı sürücü TUTULDU
Beyləqanda iki “VAZ” toqquşaraq yararsız hala düşdü - VİDEO













