Maştağada ağır qəza: Sükan arxasından güclə çıxarılan sürücü öldü - VİDEO

Avtosfer.az-ın əldə etdiyi məlumata görə, qəza nəticəsində “Opel” markalı avtomobilin sürücüsü Vahid adlı şəxs avtomobildə sıxılı vəziyyətdə qalıb. Yaxınlıqda olan vətəndaşların köməyi ilə o, avtomobildən çətinliklə çıxarılsa da, həyatını xilas etmək mümkün olmayıb. “Opel”in sərnişini isə ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir.
*** 13:48
Paytaxtın Sabunçu rayonu, Maştağa-Buzovna yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, qəza sentyabrın 21-də səhər saatlarında qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Opel” markalı avtomobil “Mercedes” markalı minik vasitəsi ilə toqquşub. Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsinə ciddi maddi ziyan dəyib. İlkin məlumata görə, xəsarət alanlar var.
Qeyd edək ki, əraziyə yol polisi əməkdaşları cəlb olunub.
Qəzanın başvermə səbəbləri araşdırılır.
Nərmin
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO
Mikroavtobusun təkəri partladı, avtomobil aşdı: Xəsarət alanlar var - VİDEO
Babək prospektində maşın körpüdən aşdı - FOTO - VİDEO - YENİLƏNİB
Qax sakinini Masazırda maşın vurub öldürdü - FOTO
Bakıda zəncirvari QƏZA: Üç avtomobil yararsız hala düşdü - FOTO - VİDEO
Bakıda dəhşətli QƏZA: Oğlan öldü , sevgilisi ağır yaralandı
Qubada ağır qəzada ölən gəncin FOTOSU - YENİLƏNİB
Hamilə qadın qəzada öldü; maşını yandırdılar
İmişlidə "KIA" yük maşınına çırpıldı: ÖLƏNLƏR VAR - FOTO - YENİLƏNİB
Mərdəkan şosesində QƏZA: Su maşını "Range Rover"lə toqquşdu - VİDEO
Yağışlı havada daha bir DƏHŞƏTLİ QƏZA - VİDEO












