“Mən dayanmışdım, əyləc tutmadı”: 5 nəfərin yaralandığı DƏHŞƏTLİ QƏZANIN GÖRÜNTÜLƏRİ – VİDEO

Qax rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az ARB TV-yə istinadən xəbər verir ki, hadisə səhər saatlarında Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 93-cü kilometrliyində, rayonun Qorağan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Zaqatala rayon sakini 1955-ci il təvəllüdlü Məmmədvəli Xanlar oğlu Nəsibovun idarə etdiyi 08-BJ-023 dövlət qeydiyyat nişanlı "Kia" markalı avtomobillə, Qaxın Almalı kənd sakininin idarə etdiyi "VAZ-2107" markalı digər avtomobil toqquşub. Nəticədə "VAZ"ın sürücüsü və avtomobildə olan sərnişinlər 49 yaşlı Əliyev Elmir Məhəmməd oğlu, 54 yaşlı Əfəndiyev Əhməd Nüsrət oğlu, 20 yaşlı Musayeva Çinarə Şahin qızı, 58 yaşlı Nəsibova Züleyxa Şirin qızıxəsarət alıblar. Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Məmmədvəli Nəsibov: “Yolu keçmişdim, yüksək sürətlə gəldi dəydi. Mən dayanmışdım. Maşın hərəkətdə deyildi. Tormoz tutmadı, heç izi də yoxdur”.
Faktla bağlı araşdırma aparılır.
Bakı–Qazax yolunda AĞIR QƏZA: 3 nəfər ÖLDÜ - FOTO - VİDEO
Qubada AĞIR QƏZA: ÖLƏN VAR - FOTO
Yasamalda avtobusla taksi toqquşdu – Yolda hərəkət çətinləşdi - VİDEO
“Lada” və avtobus qəza törətdi - Sürücü belə xilas edildi - VİDEO
Rusiyada yerüstü piyada keçidi yük maşınının üzərinə aşdı - ANBAAN VİDEO
Xırdalan dairəsi yaxınlığında “BMW” və “QAZ” toqquşdu - VİDEO
Ağ Şəhərdə qəza: “Mercedes” və “BYD” toqquşdu - VİDEO
Sürücülük hüququ olmayan gənc qəzaya düşdü; 17 yaşlı sərnişin ÖLDÜ - VİDEO
Astarada “Niva” aşdı; sürücü ÖLDÜ - FOTO
Motosikletçi qəzada öldü, hadisə yerindən qaçan azərbaycanlı sürücü TUTULDU
Beyləqanda iki “VAZ” toqquşaraq yararsız hala düşdü - VİDEO











