“Mercedes” “KamAz”a çırpıldı - Yaralılar var - FOTO - YENİLƏNİB

Kürdəmir rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, baş vermiş hadisədə xəsarət alan dörd nəfər (kişi) oktyabrın 20-də saat 06:15-də Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
"Onlara bədənin müxtəlif nahiyələrinin çox sayda travması diaqnozu təyin olunub. Xəsarət alan şəxslərdən üç nəfər Təcili tibbi yardım şöbəsində, bir nəfər isə Reanimasiya şöbəsində müalicə alır. Vəziyyətləri ağır qiymətləndirilir", - deyə məlumatda bildirilib./oxu.az
***10:36
"Sözügedən yol-nəqliyyat hadisəsi Bakı-Qazax yolunun 202.2-ci kilometrliyində, səhər saat 05:30-da baş verib".
Avtosfer.az xəbər verir ki, bu məlumat Oxu.Az-a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) verilib.
Bildirilib ki, Elvin Elçin oğlu Abdullayevin idarə etdiyi "KamAZ" markalı, 25-BD-366 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi hərəkətdə olarkən arxadan gələn "Mercedes-Benz" markalı, 02-CE-421 dövlət nömrə nişanlı avtomobil ona çırpılıb.
"Mercedes" markalı avtomobilin sükanı arxasında Rəşadət Şükür oğlu Hümbətov olub.
Qəza nəticəsində minik avtomobildə olan dörd sərnişin xəsarət alıb. Faktla bağlı araşdırma aparılır", - deyə məlumatda bildirilir.
***09:16
Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi olub.
Avtosfer.az verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Qarabucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Mercedes” markalı nəqliyyat vasitəsi qarşısında hərəkətdə olan “KamAz” markalı yük maşınına çırpılıb.
Nəticədə minik maşınında olan dörd sərnişin ağır bədən xəsarətləri alıblar. Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüblər.
Hadisə yerinə Dövlət Yol Polisi Bölməsinin əməkdaşları cəlb olunub və hadisənin başvermə səbəbləri araşdırılır./report




Gəncədə avtobus qəzaya düşdü
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO
Mikroavtobusun təkəri partladı, avtomobil aşdı: Xəsarət alanlar var - VİDEO
Babək prospektində maşın körpüdən aşdı - FOTO - VİDEO - YENİLƏNİB
Qax sakinini Masazırda maşın vurub öldürdü - FOTO
Bakıda zəncirvari QƏZA: Üç avtomobil yararsız hala düşdü - FOTO - VİDEO
Bakıda dəhşətli QƏZA: Oğlan öldü , sevgilisi ağır yaralandı
Qubada ağır qəzada ölən gəncin FOTOSU - YENİLƏNİB
Hamilə qadın qəzada öldü; maşını yandırdılar
İmişlidə "KIA" yük maşınına çırpıldı: ÖLƏNLƏR VAR - FOTO - YENİLƏNİB












