Banner

Mərdəkanda 31 yaşlı kişini maşın vurub

Qəzalar 26 İyul 2019 08:15 Oxunub 922
Mərdəkanda 31 yaşlı kişini maşın vurub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb

Xəzər rayonu mərdəkan qəsəbəsində piyada vurulması ilə nəticələnən yol qəzası baş verib.  Avtosfer.az xəbər verir ki, İmişli rayon sakini 1988-ci il təvəllüdlü Bəbirov Rəşad Sərhad oğlu Mərdəkan qəsəbəsində yerləşən şadlıq saraylarının birindən toydan çıxan zaman maşın vurub.

Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Ona sağ baldır sümüyünün sınığı və bədənin müxtəlif dərəcəli əzikləri diaqnozu qoyulub. Həkimlər yaralının vəziyyətinin orta-ağır qiymətləndirir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh