Məşhur prodüser və sevgilisi qəzada həlak oldu

“OSS 117” və “Brice de Nice” filmlərinin prodüseri Nikolas Altmayer və sevgilisi, “Dior” moda evinin tanınmış simalarından Matilda Favier Fransada baş verən yol qəzasında həyatlarını itiriblər.
Avtosfer.az xəbər verir ki, cütlük avqustun 17-də Airvault şəhəri yaxınlığındakı avtomobil yolunda qəza keçirib. Hər ikisi hadisə yerində həlak olub.
Niort prokurorluğunun məlumatına görə, qəzanın dəqiq səbəblərinin müəyyənləşdirilməsi məqsədilə araşdırma başlanıb. Fakt üzrə sürücü tərəfindən ehtiyatsızlıqdan ölümə səbəb olma maddəsi ilə istintaq aparılır. Belə ki, hadisənin cütlüyün olduğu maşının başqa bir avtomobili ötərkən əks istiqamətdən gələn yük maşını ilə toqquşduğu bildirilir.
Qeyd edək ki, 57 yaşlı Matilda “Dior” markasında ictimaiyyətlə əlaqələr üzrə direktor vəzifəsində çalışırdı. 61 yaşlı Nikolas isə qardaşı Erik Altmayerlə birlikdə rəhbərlik etdiyi “Mandarin Compagnie” şirkətinin prodüseri olub./axşam.az
Gəncədə ağır qəza: Üç yaralı
“Boksol yolu”nda qarşıdan gələn maşınları vecinə almayıb qəza törətdi - VİDEO
Qaz borusuna çırpılan yük maşını yolu bağladı – FHN cəlb olundu - VİDEO
Qəzada ölən Elşən “AzərEnerji”nin əməkdaşı imiş - FOTO
Cəbrayılda AĞIR QƏZA: Sürücü öldü
İdarəetmədən çıxan “Hyundai” işıq dirəyinə çırpıldı - VİDEO
Culfada qəza: Bir ölü, səkkiz yaralı - FOTO
"Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert
“Mercedes” “KamAz”a çırpıldı - Yaralılar var - FOTO - YENİLƏNİB
Qaradağda zəncirvari qəza: 4 maşın bir-birinə girdi - VİDEO
Ötmə qaydasını pozan sürücü qəza törətdi; sərnişin ÖLDÜ - VİDEO












