Mikroavtobus “KamAZ”a çırpıldı - Xəsarət alanlar var - FOTO - YENİLƏNİB

Hacıqabul rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, hadisə nəticəsində xəsarət alan 9 nəfər (5 kişi, 4 qadın) avqustun 21-də saat 07:30-da Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicələri davam etdirilir. Bir nəfərin vəziyyəti ağır, səkkizinin isə vəziyyəti orta ağır qiymətləndirilir", - deyə məlumatda bildirilib./oxu.az
***10:36
Hacıqabulda baş verən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.
Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, hadisə bu gün saat 06:50-də Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonu ərazisindən keçən 108-ci kilometrliyində qeydə alınıb.
"Elməddin Əlabbas oğlu Mustafayevin idarə etdiyi "Mercedes Vito" markalı, 99-LE-541 dövlət qeydiyyat nişanlı mikroavtobusla Rövşən Gündüz oğlu Kazımovun idarə etdiyi "KamAZ" markalı, 90-TJ-997 dövlət qeydiyyat nişanlı yük avtomobili toqquşub.
İlkin məlumata əsasən, hadisə nəticəsində mikroavtobusun sərnişini Qədir Əli oğlu Həsənov xəsarət alıb və tibbi yardım göstərilməsi üçün Şirvan Şəhər Xəstəxanasına aparılıb. Faktla bağlı araşdırma aparılır", - deyə məlumatda bildirilib./oxu.az
***09:41
Hacıqabulda 5 nəfərin xəsarət alması ilə nəticələnən qəza olub.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının 108-ci kilometrliyində, Hacıqabul şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Mercedes Vito” markalı mikroavtobus arxadan “KamAZ” markalı yük avtomobilinə çırpılıb.
Nəticədə mikroavtobusda olan 5 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Gəncədə avtobus qəzaya düşdü
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO
Mikroavtobusun təkəri partladı, avtomobil aşdı: Xəsarət alanlar var - VİDEO
Babək prospektində maşın körpüdən aşdı - FOTO - VİDEO - YENİLƏNİB
Qax sakinini Masazırda maşın vurub öldürdü - FOTO
Bakıda zəncirvari QƏZA: Üç avtomobil yararsız hala düşdü - FOTO - VİDEO
Bakıda dəhşətli QƏZA: Oğlan öldü , sevgilisi ağır yaralandı
Qubada ağır qəzada ölən gəncin FOTOSU - YENİLƏNİB
Hamilə qadın qəzada öldü; maşını yandırdılar
İmişlidə "KIA" yük maşınına çırpıldı: ÖLƏNLƏR VAR - FOTO - YENİLƏNİB












