Mikroavtobus piyadanı vurub öldürdü - Zaqatalada

Qəzalar 20 Noyabr 2019 20:00
Mikroavtobus piyadanı vurub öldürdü - Zaqatalada
WhatsApp kanalımıza abunə olun
Araşdırma aparılır

Zaqatala rayonunun Maqov kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, noyabrın 19-da saat 18 radələrində Zaqatala rayonunun Maqov kəndi ərazisində şəhər sakini T.Qurbanov idarə etdiyi “Mercedes” markalı mikroavtobusla Abaylı kənd sakini Zaur Kostiyevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb. Zaqatala RPŞ tərəfindən araşdırma aparılır.

 

Namiq

Oxunub : 1364
ŞƏRH YAZ
Ad

E-mail

Şərh