Banner

Mikroavtobusun təkəri partladı, avtomobil aşdı: Xəsarət alanlar var - VİDEO

Qəzalar 11 Noyabr 2026 14:18
Mikroavtobusun təkəri partladı, avtomobil aşdı: Xəsarət alanlar var - VİDEO
WhatsApp kanalımıza abunə olun

Astara rayonunda mikroavtobusun aşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az xəbər verir ki, hadisə bu gün saat 09:45 radələrində rayonun Deqədi kəndi ərazisində qeydə alınıb.

Belə ki, Telman Xudaquliyevin idarə etdiyi “Mercedes” markalı mikroavtobus Deqədi-Kijəbə-Astara marşrutu üzrə hərəkətdə olarkən təkərin partlaması nəticəsində idarəetmədən çıxaraq yol kənarına aşıb.

Qəza zamanı mikroavtobusda olan 14 sərnişindən ikisi – Əsmət İbayeva və Elşən Həkimov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə, xüsusilə sərnişin və yükdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciət edərək nəqliyyat vasitələrinin texniki sazlığına mütəmadi nəzarət etməyə, reysqabağı texniki müayinədən keçirməyə çağırıb.

İdarə bildirib ki, texniki nasazlıq səbəbindən dəfələrlə ağır yol-nəqliyyat hadisələri baş verib. Bu baxımdan, sürücülərdən nasaz, texniki təhlükəsizlik baxımından normativ tələblərə cavab verməyən nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinmək tələb olunur.

bax.tvhttps://bax.tv/embed/228725.html

 

 

Oxunub : 254
ŞƏRH YAZ
Ad

E-mail

Şərh