Nasaz avtobusla yola çıxan sürücü qəza törətdi: 14 ölü, 50-dən çox yaralı - FOTO

Keniyada avtobusun iştirakı ilə baş verən yol qəzasında 14 nəfər ölüb, 50-dən çox insan xəsarət alıb. Avtosfer.az xəbər verir ki, hadisə Nakuru-Eldoret magistralında qeydə alınıb. Bu barədə yerli “Nation” nəşri məlumat yayıb.
Hərəkətdə olan avtobusun sürücüsü idarəetməni itirərək minik avtomobilinə çırpılıb. Zərbənin təsirindən avtobus yoldan çıxaraq xəndəyə düşüb.
Hadisə yerinə xeyli sayda polis, təcili tibbi yardım və xilasetmə briqadasının əməkdaşları cəlb edilib.
Sərnişinlərdən biri Roda Atienonun sözlərinə görə, avtobusda bütün səyahət boyu texniki problemlər yaranıb: “Sərnişinlər sürücüdən avtobusu dəyişdirməyi xahiş ediblər, lakin o, əvəzində avtomobili təmir etmək üçün mexanikin yanına gedib və daha sonra yoluna davam edib” – deyə o, əlavə edib.
Namiq Musayev



Bakıda sürücü piyadanı vurmaqdan son anda YAYINDI - VİDEO
Astarada toqquşan maşınlar arxa düşdü, qadın sərnişin yaralandı - VİDEO
Salyanda AĞIR QƏZA: İki nəfər öldü - FOTO - VİDEO
Goranboyda avtomobil piyadanı vuraraq ÖLDÜRÜB
Ağstafada iki məktəbli qızı avtomobil vurdu
Yük maşını divara çırpıldı - Sürücü öldü - FOTO
Sükan arxasında yuxulayan sürücü qəza törətdi - VİDEO
Kürdəmirdə xurma ilə dolu yük maşını aşdı - VİDEO
Şəkidə avtomobil dərəyə aşdı, ölən var
Gəncədə ağır qəza: Beş nəfər xəsarət alıb
Moped və velosiped sürən iki gənc qəzada ÖLDÜ - VİDEO












