Piyadaya yol verən maşını vurdular; dərhal yanmağa başladı - VİDEO

Bakıda yol qəzası baş verib.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Avtosfer.az-a verilən məlumata görə, hadisə ötən gün gecə saatlarında paytaxtın Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsində nizamlanmayan piyada keçidində baş verib.
Məlumata görə, piyada keçidində piyadaya yol vermək üçün dayanan avtomobilə arxadan başqa bir nəqliyyat vasitəsinin çırpılması nəticəsində avtomobildə yanğın baş verib. Dərhal polis əməkdaşları tərəfindən yanğın söndürənlərin hadisə yerinə təhlükəsiz çatması üçün zəruri tədbirlər görülüb.
Hadisə nəticəsində piyada ilə yanaşı, yanan avtomobildə olan sürücü və iki sərnişin son anda nəqliyyat vasitəsini tərk edərək xilas olublar.
"Hadisənin görüntüləri hərəkət zamanı diqqətsizliyin və qayda pozuntusunun hansı ağır nəticələrə gətirib çıxara biləcəyini bir daha göstərir. Dəfələrlə qeyd edildiyi kimi, belə hadisələrin baş verməməsi üçün sürücülər keçidlərə yaxınlaşarkən sürəti azaltmalı, təhlükəsiz ara məsafəsi saxlamalı və piyadalara yol verməlidirlər", - NİİM-dən bildirilib.
Şəmkirdəki qəzada ölənlər sinif yoldaşı imişlər... - FOTOLAR - YENİLƏNİB
Bakı-Qazax yolunda AĞIR QƏZA: Ölən var
Körpüdən aşan avtomobilin sürücüsünün vəziyyəti AÇIQLANDI - FOTO - VİDEO
Sərxoş sürücü sürətə nəzarəti itirdi; 2 ölü, 1 yaralı - VİDEO
Gəncədə avtobus qəzaya düşdü
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO
Mikroavtobusun təkəri partladı, avtomobil aşdı: Xəsarət alanlar var - VİDEO
Babək prospektində maşın körpüdən aşdı - FOTO - VİDEO - YENİLƏNİB
Qax sakinini Masazırda maşın vurub öldürdü - FOTO
Bakıda zəncirvari QƏZA: Üç avtomobil yararsız hala düşdü - FOTO - VİDEO












