Piyadaya yol vermək üçün dayanan maşınları arxadan vurdular - REAL VİDEO

Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) piyada keçidlərinə yaxınlaşarkən qəzanın baş verməməsi üçün sürücülərin bilməli olduğu qaydaları xatırladıb.
Avtosfer.az xəbər verir ki, bu barədə NİİM məlumat yayıb.
Bildirilib ki, qəfil və sərt əyləcdən istifadə, düzgün ara məsafəsinin saxlanılmaması qəzaya səbəb olur.
"Piyada keçidlərinin yaxınlığında baş verən yol-nəqliyyat hadisələri sürücülərin məhz bu qaydalara əməl etməməsi səbəbindən qeydə alınır. Vaxtında piyada keçidinin olduğunu bildirən nişana diqqət yetirməyən bəzi sürücülər keçidə yaxınlaşdıqda piyadaya son anda diqqət yetirdiklərindən qəfil və sərt əyləcdən istifadə edirlər. Nəticədə isə arxadan hərəkət edən və düzgün ara məsafəsi saxlamayan digər nəqliyyat vasitələri həmin avtomobilə çırpılır.
Belə qəzaların olmaması üçün sürücülər yol nişanlarına diqqət yetirməklə yanaşı, keçidlərə yaxınlaşarkən sürəti azaltmalı və düzgün ara məsafəsi saxlamalıdırlar. Piyada keçidlərinin yaxınlığında təhlükəsizliyin təmin olunması üçün onlar bu məsələyə məsuliyyətlə yanaşmalıdırlar. Bu zaman piyada vurulması ilə nəticələnən, eyni zamanda zəncirvari qəzaların da qarşısı alınmış olacaq", - məlumatda vurğulanıb.
Biləcəri dairəsində “Renault” avtobusla toqquşdu - VİDEO
Bakı-Qazax yolunda AĞIR QƏZA: Ölən var
Şəmkirdəki qəzada ölənlər sinif yoldaşı imişlər... - FOTOLAR - YENİLƏNİB
Körpüdən aşan avtomobilin sürücüsünün vəziyyəti AÇIQLANDI - FOTO - VİDEO
Sərxoş sürücü sürətə nəzarəti itirdi; 2 ölü, 1 yaralı - VİDEO
Gəncədə avtobus qəzaya düşdü
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO
Mikroavtobusun təkəri partladı, avtomobil aşdı: Xəsarət alanlar var - VİDEO
Babək prospektində maşın körpüdən aşdı - FOTO - VİDEO - YENİLƏNİB
Qax sakinini Masazırda maşın vurub öldürdü - FOTO












