Qaxda iki “VAZ” toqquşdu: 2 yaralı

Qax rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə axşam saatlarında Qax-Qorağan avtomobil yolunun Əmircan kəndi ərazisindən keçən hissəsində baş verib. Rayonun Almalı kənd sakini, 1969-cu il təvəllüdlü Qiyas Cuma oğlu Yusifovun idarə etdiyi “VAZ 21099” markalı minik avtomobili ilə rayonun Əmircan kənd sakini 1994-cü il təvəllüdlü Qəhrəman Ələstan oğlu Ağalarovun idarə etdiyi “VAZ 21011” markalı minik avtomobili toqquşub. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan Q.Yusifov və Q.Ağalarov Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Tibb müəssisəsindən bildirilir ki, Q.Yusifov və Q.Ağalarovun müalicələri xəstəxananın Cərrahiyyə şöbəsində aparılır, vəziyyətləri orta-stabil qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Ara məsafəsi saxlamadılar; zəncirvari qəza baş verdi - ANBAAN VİDEO
Sumqayıtda AĞIR QƏZA: Ölən var
Azərbaycanda DƏHŞƏTLİ QƏZA baş verdi - VİDEO
Nigeriyada ağır yol qəzasında 21 nəfər ölüb
Türkiyədə dəhşətli qəza: Azərbaycanlı gənc qız dəhşətli şəkildə can verdi - FOTO
Müşfiqabadda qəza: İki maşın toqquşdu, gənc sürücü yaralandı - VİDEO
Beyləqanda ağır qəza - ÖLƏN VAR
Zığ yolunun bağlanmasına səbəb olan dəhşətli qəzanın anbaan VİDEOsu
Bakı-Quba yolunda qəza: Ölən var
Binədə qəza: “Chevrolet” sərnişin avtobusuna çırpıldı - VİDEO
Şamaxıda ağır QƏZA - VİDEO












