Qaxdakı qəzada yaralananlardan biri dünyasını dəyişib

Qaxda bir həftə əvvəl üç nəfərin ölümü ilə nəticələnən ağır yol qəzasında yaralanan şəxslərdən biri xəstəxanada ölüb.
APA-nın şimal-qərb bürosunun məlumatına görə, 1957-ci il təvəllüdlü Sevda Sabir qızı Mirzəyeva ötən gün Bakı şəhərində müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, avqust ayının 10-da axşam saat 23:30 radələrində Şəki-Qax avtomobil yolunun Qax rayonu ərazisindən keçən hissəsində "Ford" və "VAZ-21099" markalı iki minik avtomobili toqquşmuşdu. Nəticədə avtomobildə olan Qax şəhər sakinləri Akif Ağayev, onun həyat yoldaşı Leyla Ağayeva və sürücünün bacısı oğlu Tural Nəzərov hadisə yerində ölmüşdülər. Ford markalı avtomobilin sürücüsü Zaqatala sakini Kərimzadə Çağrı Tərlan oğlu və anası Sevda Mirzəyeva Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmişdi. S.Mirzəyeva avqust ayının 14-ü müayinə və müalicəsini davam etdirməsi üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilmişdi.
Rusiyada yerüstü piyada keçidi yük maşınının üzərinə aşdı - ANBAAN VİDEO
Xırdalan dairəsi yaxınlığında “BMW” və “QAZ” toqquşdu - VİDEO
Ağ Şəhərdə qəza: “Mercedes” və “BYD” toqquşdu - VİDEO
Sürücülük hüququ olmayan gənc qəzaya düşdü; 17 yaşlı sərnişin ÖLDÜ - VİDEO
Astarada “Niva” aşdı; sürücü ÖLDÜ - FOTO
Motosikletçi qəzada öldü, hadisə yerindən qaçan azərbaycanlı sürücü TUTULDU
Beyləqanda iki “VAZ” toqquşaraq yararsız hala düşdü - VİDEO
Önündəki avtomobilin xəbərdarlığı son anda qəzanın qarşısını aldı - VİDEO
Yağışlı havada qəza törədənlərin görüntüləri yayıldı - VİDEO
Ara məsafəsi saxlamadılar; zəncirvari qəza baş verdi - ANBAAN VİDEO
Sumqayıtda AĞIR QƏZA: Ölən var












