Qayda pozan motosiklet sürücüsü ağır yol qəzasında öldü - VİDEO

Qaydaları pozan motosiklet sürücüsü ağır yol qəzasına düşüb. Avtosfer.az xəbər verir ki, Rusiyanın Samara vilayətində 38 yaşlı motosikletçi ötmənin qadağan olunduğu bütöv xəttin tələbini pozaraq əks yola çıxıb. Nəticədə yol kəsişməsində həmin an manevr edən 18 yaşlı sürücü xanımın idarə etdiyi avtomobillə toqquşub.
Qəza nəticəsində 38 yaşlı motosikletçi aldığı ağır xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib. Gənc xanım sürücü isə ciddi xəsarət almasa da, yaşadığı güclü psixoloji sarsıntı və şok vəziyyəti səbəbindən xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Mütəxəssislər bir daha sürücülərə yollarda diqqətli olmağı və xüsusilə kəsişmə nöqtələrində ötmə qaydalarına ciddi riayət etməyi tövsiyə edir.
Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:
Namiq Musayev
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO
Mikroavtobusun təkəri partladı, avtomobil aşdı: Xəsarət alanlar var - VİDEO
Babək prospektində maşın körpüdən aşdı - FOTO - VİDEO - YENİLƏNİB
Qax sakinini Masazırda maşın vurub öldürdü - FOTO
Bakıda zəncirvari QƏZA: Üç avtomobil yararsız hala düşdü - FOTO - VİDEO
Bakıda dəhşətli QƏZA: Oğlan öldü , sevgilisi ağır yaralandı
Qubada ağır qəzada ölən gəncin FOTOSU - YENİLƏNİB
Hamilə qadın qəzada öldü; maşını yandırdılar
İmişlidə "KIA" yük maşınına çırpıldı: ÖLƏNLƏR VAR - FOTO - YENİLƏNİB
Mərdəkan şosesində QƏZA: Su maşını "Range Rover"lə toqquşdu - VİDEO












