Qaydanı pozan sürücü qəza törətdi: Cərimə günahsız sürücüyə yazıldı - VİDEO

Qubada qaydaları pozan sürücü qəza törədib. Bu barədə zərərçəkmiş sürücü sosial şəbəkədə məlumat yayıb.
Avtosfer.az xəbər verir ki, hadisə avqustun 12-də Qubanın mərkəzi yollarından birində baş verib. Belə ki, görüntünü qeydə alan avtomobilin sürücüsü orta zolaqla dairəvi hərəkət təşkil olunmuş yolayrıcına daxil olaraq dairə boyunca hərəkət etməyə çalışıb. Bu zaman sol zolaqla dairəni tərk edən 90-VV-959 qeydiyyat nişanlı “Toyota” markalı avtomobilin sürücüsü həmin avtomobili vuraraq qəza törədib.
Zərərçəkmiş sürücünün sözlərinə görə, qayda pozuntusunu “Toyota”nın sürücüsü törətsə də, ona cərimə tətbiq edilməyib. Əksinə, Dövlət Yol Polisi İdarəsi hadisədə təqsiri zərərçəkmiş sürücüdə görərək onu məsuliyyətə cəlb edib.
Qeyd edək ki, dairəvi hərəkət təşkil olunmuş yolayrıcına istənilən zolaqdan daxil olaraq dairə boyunca hərəkət etmək mümkündür. Lakin dairəni tərk edərkən sürücü ən sağ zolaqda olmalıdır. Bu tələb “Yol hərəkəti haqqında” Qanunun 42-ci maddəsinin VI hissəsində də öz əksini tapıb.
Qanunda qeyd olunur ki, dairəvi hərəkət təşkil edilmiş yolayrıcında dönmək istisna olmaqla, sağa, sola və ya geriyə dönməzdən əvvəl sürücü həmin istiqamətdə hərəkət hissəsində müvafiq kənar vəziyyət tutmalıdır.
Bu baxımdan, “Toyota”nın sürücüsü dairəni tərk edərkən sağ zolaqda yerləşməli idi.
Fərid
Gəncədə ağır qəza: Üç yaralı
“Boksol yolu”nda qarşıdan gələn maşınları vecinə almayıb qəza törətdi - VİDEO
Qaz borusuna çırpılan yük maşını yolu bağladı – FHN cəlb olundu - VİDEO
Qəzada ölən Elşən “AzərEnerji”nin əməkdaşı imiş - FOTO
Cəbrayılda AĞIR QƏZA: Sürücü öldü
İdarəetmədən çıxan “Hyundai” işıq dirəyinə çırpıldı - VİDEO
Culfada qəza: Bir ölü, səkkiz yaralı - FOTO
"Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert
“Mercedes” “KamAz”a çırpıldı - Yaralılar var - FOTO - YENİLƏNİB
Qaradağda zəncirvari qəza: 4 maşın bir-birinə girdi - VİDEO
Ötmə qaydasını pozan sürücü qəza törətdi; sərnişin ÖLDÜ - VİDEO












