Qələbədə “Priora” ilə “Toyota” toqquşdu: Ölən var - FOTO - YENİLƏNİB

Qəbələ rayonu Nic qəsəbəsi ərazisində baş verən yol-nəqliyyat hadisəsində ölən şəxsin kimliyi bilinib.
Bununla bağlı Avtosfer.az-ın sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov məlumat verib.
Onun sözlərinə görə, qəza nəticəsində “LADA Priora”nın sürücüsü, Nic qəsəbə sakini 22 yaşlı Anar Hüseynli aldığı xəsarətlərdən hadisə yerində ölüb, digər nəqliyyat vasitəsinin sürücüsü isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
***
Qəbələdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, qəza bu gün səhər saatlarında Qələbə rayonunun Nic kəndində qeydə alınıb.
Hadisə zamanı “LADA Priora” və “Toyota Highlander” markalı avtomobillər toqquşublar.
Qəza nəticəsində “LADA Priora”nın sürücüsünün öldüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.
oxu.az
"BMW" və "VAZ-2106 toqquşdu": Qəza anı kameraya düşdü - VİDEO
Vəsiqəsiz sürücü qəza törətdi; özü öldü, ailənin 5 üzvü xəstəxanalıq oldu - VİDEO
Sabunçuda AĞIR QƏZA: Ölən var
Şəhidimizin həyat yoldaşını maşın vurub ÖLDÜRDÜ
Aparıcının öldüyü qəzanın səbəbləri araşdırılır
Sumqayıtda AĞIR QƏZA: ÖLƏN VAR
Hava limanı yolunda 6 maşın bir-birinə çırpıldı - VİDEO
Maşın körpüdən aşdı: ÖLƏN VAR - FOTO - YENİLƏNİB
Ağcabədidə “Mercedes” “KamAZ”a çırpıldı, sürücü xəsarət aldı - VİDEO
Bakıda ad günündən qayıdan aparıcı qəzada ÖLDÜ - VİDEO - YENİLƏNİB
Ada Süleymanın həyatını itirdiyi qəzanın FOTOsu











