Quba yolunda ağır qəza törədən "TIR" sürücüsü saxlanıldı - RƏSMİ

Bakı-Quba yolunda qəza törədən "TIR"ın sürücüsü, 1992-ci il təvəllüdlü Atayev Elçin Arif oğlu saxlanılıb.
Bu barədə Avtosfer.az-ın sorğusuna cavab olaraq, Daxili İşlər Nazirliyinin (DİN) KİV və ictimaiyyətlə şöbəsinin rəisi Elşad Hacıyev məlumat verib.
"Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb. Şəxs saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunub. İstintaq hərəkətləri aparılır", - DİN rəsmisi bildirib.
Xatırladaq ki, dekabrın 15-də Bakı-Quba yolunda mikroavtobusla "TIR" toqquşub. Hadisə nəticəsində 6 nəfər - 1976-ci il təvəllüdlü Məmmədov Kamran Məmmədşah oğlu, 1976-ci il təvəllüdlü Məmmədov Kamran Məmmədşah oğlu, 1979-cu il təvəllüdlü Balakişiyev Akif Yusif oğlu, 1980-ci il təvəllüdlü Musayev Vüqar Tərxan oğlu, 1982-ci il təvəllüdlü Əhmədov Elməddin Osman oğlu, 1992-ci il təvəllüdlü Emin Ramiz oğlu Quliyev həlak olub.
Qəzada yaralanan "TIR"ın sürücüsü, 1992-ci il təvəllüdlü Atayev Elçin Arif oğlu Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilmişdi. TƏBİB-dən Modern.az-a verilən məlumata görə, E.Atayev bu gün ambulator müalicə üçün evə buraxılıb.
Kənar dairəvi yoldakı qəzanın anbaan görüntüləri - VİDEO
Bakıda motosikletin yolunu kəsən sürücü qəza törətdi - ANBAAN VİDEO
Hərbçimiz faciəvi şəkildə HƏYATINI İTİRDİ - VİDEO
Sabirabadda ağır qəza: ÖLƏN VAR - YENİLƏNİB
Sumqayıtda ağır QƏZA: Piyada hadisə yerində ÖLDÜ
"Formula-2"də qəza: Mari Boya yarışı vaxtından əvvəl dayandırdı - FOTO
Dəhşətli qəza baş verdi: Hərbçi həlak oldu
Sükan arxasında yuxulayan sürücü qəza törətdi - VİDEO
Binəqədidə qəza: “Mercedes”lə toqquşan “Changan” aşdı - VİDEO
Cəlilabadda qəza: İki “VAZ” bir-birinə çırpıldı - VİDEO
Naxçıvanda FACİƏ: Ər-arvad xəsarət aldı, körpələri ÖLDÜ - FOTO












