Qubada maşın aşıb: XƏSARƏT ALANLAR VAR - FOTO - YENİLƏNİB

Qubada baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb.
Avtosfer.az-ın məlumatına görə, Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, hadisə ilə əlaqədar xəsarət alan dörd nəfər (kişi) iyulun 3-də, saat 08:20-də Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Onlara bədənin müxtəlif nahiyələrinin səthi travmaları, sağtərəfli qabırğaların sınığı və başın sağ payının yumşaq toxumalarının hematoması diaqnozları təyin edilib. Xəsarət alanlardan 1968-ci il təvəllüdlü şəxsin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti orta ağır qiymətləndirilir. Digər üç nəfərin vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıblar", - deyə məlumatda vurğulanıb.
***
Quba rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Quba-Qonaqkənd avtomobil yolunun Püstəqasım kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, UAZ markalı, 40-BM-949 dövlət nömrə nişanlı avtomobilin sürücüsü idarəetməni itirib və maşın aşıb.
Hadisə nəticəsində üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır.


Gəncədə avtobus qəzaya düşdü
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO
Mikroavtobusun təkəri partladı, avtomobil aşdı: Xəsarət alanlar var - VİDEO
Babək prospektində maşın körpüdən aşdı - FOTO - VİDEO - YENİLƏNİB
Qax sakinini Masazırda maşın vurub öldürdü - FOTO
Bakıda zəncirvari QƏZA: Üç avtomobil yararsız hala düşdü - FOTO - VİDEO
Bakıda dəhşətli QƏZA: Oğlan öldü , sevgilisi ağır yaralandı
Qubada ağır qəzada ölən gəncin FOTOSU - YENİLƏNİB
Hamilə qadın qəzada öldü; maşını yandırdılar
İmişlidə "KIA" yük maşınına çırpıldı: ÖLƏNLƏR VAR - FOTO - YENİLƏNİB












