Qubada "Mersedes" "Kamaz"la toqquşub, xəsarət alan var - FOTO

Qəzalar 28 İyul 2026 20:51
Qubada "Mersedes" "Kamaz"la toqquşub, xəsarət alan var - FOTO
WhatsApp kanalımıza abunə olun

Quba rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, qəza Quba–Xaçmaz avtomobil yolunun Zərdabi qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata əsasən, "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək "KamAZ" markalı yük avtomobili ilə toqquşub.

Hadisə nəticəsində bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb və Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

FOTO QALEREYA
Oxunub : 130
ŞƏRH YAZ
Ad

E-mail

Şərh