Qubada qəzada 5 nəfər yaralandı, biri uşaqdır - FOTO - YENİLƏNİB

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Quba rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyətlərini açıqlayıb.
Avtosfer.az-ın məlumatına görə, qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə nəticəsində xəsarət alan 5 nəfər (2 kişi, 3 qadın) bu gün saat 14:50-də Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicələri müvafiq şöbələrdə davam etdirilir, vəziyyətləri orta ağır qiymətləndirilir.
***16:16
Bu gün saat 14 radələrində Bakı-Quba yolunun Quba rayonunun Pirvahid kəndi ərazisindən keçən hissəsində ağır qəza baş verib.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, “Mercedes” markalı minik avtomobil ilə “İveco” markalı yük avtomobili toqquşub.
Hadisə nəticəsində 5 nəfər xəsarət alıb. Onların arasında azyaşlı uşaq da var.
Faktla bağlı araşdırma aparılır.

Gəncədə avtobus qəzaya düşdü
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO
Mikroavtobusun təkəri partladı, avtomobil aşdı: Xəsarət alanlar var - VİDEO
Babək prospektində maşın körpüdən aşdı - FOTO - VİDEO - YENİLƏNİB
Qax sakinini Masazırda maşın vurub öldürdü - FOTO
Bakıda zəncirvari QƏZA: Üç avtomobil yararsız hala düşdü - FOTO - VİDEO
Bakıda dəhşətli QƏZA: Oğlan öldü , sevgilisi ağır yaralandı
Qubada ağır qəzada ölən gəncin FOTOSU - YENİLƏNİB
Hamilə qadın qəzada öldü; maşını yandırdılar
İmişlidə "KIA" yük maşınına çırpıldı: ÖLƏNLƏR VAR - FOTO - YENİLƏNİB












