Qubada toy karvanında xəsarət alanların şəxsiyyətləri məlum olub

Qubada toy karvanında xəsarət alanların şəxsiyyətləri məlum olub. Avtosfer.az-ın "Report"a istinadən verdiyi məlumata görə, hadisə rayonun Qələdüz kəndi ərazisində baş verib. Şadlıq sarayı istiqamətində hərəkət edən toy karvanının önündə gedən "Niva" markalı avtomobilə qarşı tərəfdən yüksək sürətlə gələn "VAZ-2107" markalı avtomobil çırpılıb. Nəticədə, 2-si qadın olmaqla, 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Xəsarət alanlar, rayonun Üçgün kənd sakinləri- Qəmbər Babayev (1966), Sahibə Babayeva (1966), Küpçal kənd sakinləri- Sənubər Səfərova, Alim Qədirov (1984), Qələdüz kənd sakinləri- Təranə Əlixanova (1961), Tərlan Əlimirzəyevdir (1992).
Yaralılara Quba Rayon Mərkəzi Xəstəxanasında tibbi yardım göstərilib, müvafiq şöbələrə yerləşdirilib. Xəstələrin vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
*** 15:18
Quba rayonunda toy karvanında ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Qələdüz kəndi ərazisində qeydə alınıb. Şadlıq sarayına gedən toy karvanının önündə gedən "Niva" markalı avtomobillə qarşı tərəfdən gələn "VAZ-2107" markalı avtomobil toqquşub.
Nəticədə 2 nəfər qadın olmaqla 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılara Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Bakı–Qazax yolunda AĞIR QƏZA: 3 nəfər ÖLDÜ - FOTO - VİDEO
Qubada AĞIR QƏZA: ÖLƏN VAR - FOTO
Yasamalda avtobusla taksi toqquşdu – Yolda hərəkət çətinləşdi - VİDEO
“Lada” və avtobus qəza törətdi - Sürücü belə xilas edildi - VİDEO
Rusiyada yerüstü piyada keçidi yük maşınının üzərinə aşdı - ANBAAN VİDEO
Xırdalan dairəsi yaxınlığında “BMW” və “QAZ” toqquşdu - VİDEO
Ağ Şəhərdə qəza: “Mercedes” və “BYD” toqquşdu - VİDEO
Sürücülük hüququ olmayan gənc qəzaya düşdü; 17 yaşlı sərnişin ÖLDÜ - VİDEO
Astarada “Niva” aşdı; sürücü ÖLDÜ - FOTO
Motosikletçi qəzada öldü, hadisə yerindən qaçan azərbaycanlı sürücü TUTULDU
Beyləqanda iki “VAZ” toqquşaraq yararsız hala düşdü - VİDEO












