Qusarda avtoqəzada ağır xəsarət alan yeniyetmə reanimasiyadadır

"İyunun 27-də Qusar rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində xəsarət alan 17 yaşlı şəxs (kişi cinsli) Kliniki Tibbi Mərkəzin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya edilib".
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə klinikanın mətbuat katibi Ruzbeh Məmməd məlumat verib. O bildirib ki, yaralıya beyin qanaması, bud sümüyünün sınığı diaqnozları təyin edilib.
"Hazırda Reanimasiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir", - deyə o qeyd edib.
Xatırladaq ki, Qusar-Şahdağ avtomobil yolunda hərəkətdə olan "Mercedes-Benz" markalı mikroavtobus idarəetməni itirərək yol kənarına aşıb. Hadisə nəticəsində 5 nəfər Azərbaycan, 5 nəfər isə Pakistan vətəndaşı xəsarət alıb.
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO
Mikroavtobusun təkəri partladı, avtomobil aşdı: Xəsarət alanlar var - VİDEO
Babək prospektində maşın körpüdən aşdı - FOTO - VİDEO - YENİLƏNİB
Qax sakinini Masazırda maşın vurub öldürdü - FOTO
Bakıda zəncirvari QƏZA: Üç avtomobil yararsız hala düşdü - FOTO - VİDEO
Bakıda dəhşətli QƏZA: Oğlan öldü , sevgilisi ağır yaralandı
Qubada ağır qəzada ölən gəncin FOTOSU - YENİLƏNİB
Hamilə qadın qəzada öldü; maşını yandırdılar
İmişlidə "KIA" yük maşınına çırpıldı: ÖLƏNLƏR VAR - FOTO - YENİLƏNİB
Mərdəkan şosesində QƏZA: Su maşını "Range Rover"lə toqquşdu - VİDEO












