Qusarda "Ford Transit" azyaşlını vuraraq öldürdü - YENİLƏNİB

Qusar rayonunun Bədirqala kəndində yol-nəqliyyat hadisəsi zamanı ölən piyada azyaşlı imiş.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Elçin Fətəliyev idarə etdiyi "Ford Transit" markalı avtomobillə 4 yaşlı Y.Əliyevi vurub. Nəticədə azyaşlı aldığı xəsarətlərdən ölüb.
Hadisə ilə bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupu valideynlərə müraciət edərək, azyaşlı uşaqların yollarda təhlükəsizliyinə xüsusi diqqət yetirməyə, onların nəqliyyat vasitələrinin hərəkət etdiyi ərazilərdə nəzarətsiz buraxılmamasına çağırıb:
"Sürücülərdən isə yol hərəkəti qaydalarına ciddi əməl etmələri, yaşayış məntəqələrində və piyadaların hərəkət etdiyi ərazilərdə sürət həddini aşmamaları, xüsusilə uşaqların yola çıxma ehtimalının olduğu yerlərdə daha diqqətli və ehtiyatlı olmaları xahiş olunur. Hər bir hərəkət iştirakçısının məsuliyyətli davranışı insan həyatının qorunmasında mühüm əhəmiyyət daşıyır".
***09:30
Qusarda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Avtosfer.az xəbər verir ki, rayonun Bədirqala kəndində Elçin Fətəliyev idarə etdiyi “Ford Transit” markalı avtomobillə 4 yaşlı Əliyev Yaqub Samət oğlunu vurub. Nəticədə, azyaşlı aldığı xəsarətlərdən ölüb.
Bildirilib ki, dünən Y.Əliyev anası ilə Bakıdan Qusara qonaq gedib. Onlar avtobusdan düşüb yolu keçərkən uşaq nəqliyyat vasitəsinin qarşısına çıxıb və faciəvi hadisə baş verib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır./qafqazinfo
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO
Mikroavtobusun təkəri partladı, avtomobil aşdı: Xəsarət alanlar var - VİDEO
Babək prospektində maşın körpüdən aşdı - FOTO - VİDEO - YENİLƏNİB
Qax sakinini Masazırda maşın vurub öldürdü - FOTO
Bakıda zəncirvari QƏZA: Üç avtomobil yararsız hala düşdü - FOTO - VİDEO
Bakıda dəhşətli QƏZA: Oğlan öldü , sevgilisi ağır yaralandı
Qubada ağır qəzada ölən gəncin FOTOSU - YENİLƏNİB
Hamilə qadın qəzada öldü; maşını yandırdılar
İmişlidə "KIA" yük maşınına çırpıldı: ÖLƏNLƏR VAR - FOTO - YENİLƏNİB
Mərdəkan şosesində QƏZA: Su maşını "Range Rover"lə toqquşdu - VİDEO












