Şamaxıda ağır yol qəzası: 1 ölü, 4 yaralı - FOTO

Şamaxıda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərdən biri, "VAZ 2107" markalı avtomobilin sürücüsü, Şamaxı sakini, 1951-ci il təvəllüdlü Əhmədov Azadxan Əliyar oğlu rayonun Mərkəzi Xəstəxanasında dünyasını dəyişib. Avtosfer.az-ın APA-ya istinadən xəbərinə görə, xəsarət alan şəxslərin adları məlum olub. Hadisə zamanı Şamaxı şəhər sakini, 1996-cı il təvəllüdlü Mirzəyev Emin Kabus oğlu, ərəb turisti, 1984-cü il təvəllüdlü Ali Yusif Hassan Abdullah Hayi və daha bir ərəb və Azərbaycan vətəndaşı ağır xəsarətlər alıb. Hazırda sonuncuların şəxsiyyəti müəyyənləşdirilir.
*** 21:43
Şamaxıda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə bu gün saat 21:00 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 110-cu kilometrliyində, Şamaxı şəhəri ərazisində qeydə alınıb. 10 NF 093 dövlət nömrə nişanlı "VAZ 2107" markalı avtomobilin qarşı tərəfdən gələn 10 MS 666 dövlət nömrə nişanlı "Hyundai" markalı minik avtomobili ilə toqquşması nəticəsində 5 nəfərin ağır xəsarət aldığı bildirilir. Yaralılar Təcili Tibbi Yardım stansiyasının avtomobilləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hadisə yeni baş verdiyi üçün yaralıların adları hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Bakı–Qazax yolunda AĞIR QƏZA: 3 nəfər ÖLDÜ - FOTO - VİDEO
Qubada AĞIR QƏZA: ÖLƏN VAR - FOTO
Yasamalda avtobusla taksi toqquşdu – Yolda hərəkət çətinləşdi - VİDEO
“Lada” və avtobus qəza törətdi - Sürücü belə xilas edildi - VİDEO
Rusiyada yerüstü piyada keçidi yük maşınının üzərinə aşdı - ANBAAN VİDEO
Xırdalan dairəsi yaxınlığında “BMW” və “QAZ” toqquşdu - VİDEO
Ağ Şəhərdə qəza: “Mercedes” və “BYD” toqquşdu - VİDEO
Sürücülük hüququ olmayan gənc qəzaya düşdü; 17 yaşlı sərnişin ÖLDÜ - VİDEO
Astarada “Niva” aşdı; sürücü ÖLDÜ - FOTO
Motosikletçi qəzada öldü, hadisə yerindən qaçan azərbaycanlı sürücü TUTULDU
Beyləqanda iki “VAZ” toqquşaraq yararsız hala düşdü - VİDEO















