Şamaxıda avtomobil aşdı: ana və iki azyaşlı övladı xəsarət alıb

Bu gün Şamaxıda minik avtomobilinin aşması nəticəsində ana və iki övladı xəsarət alıb. Avtosfer.az-ın APA-ya istinadən xəbərinə görə, Kamran Salahovun idarə etdiyi "VAZ 2106" markalı avtomobilin aşması nəticəsində Ağsu sakinləri, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yaşayan 1975-ci il təvəllüdlü Salahova Ruhəngiz Zülfüqar qızı, onun övladları - 2008-ci il təvəllüdlü Salahova Fatimə Kamran qızı, 2012-ci il təvəllüdlü Salahov Abdullah Kamran oğlu xəsarət alıblar. Ana və övladları Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
*** 08.55
Şamaxı rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə bu gün saat 8:20 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Şamaxının Muğanlı kəndi ərazisində qeydə alınıb. "07-BX-425" dövlət nömrə nişanlı "VAZ 2106" markalı minik avtomobilinin yoldan çıxaraq aşması nəticəsində bir qadın və iki azyaşlı uşaq müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar təcili tibbi yardım stansiyasının avtomobili ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hadisə yeni baş verdiyi üçün xəsarət alan şəxslərin adları hələ ki, məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Qubada AĞIR QƏZA: ÖLƏN VAR - FOTO
Bakı–Qazax yolunda AĞIR QƏZA: 3 nəfər ÖLDÜ - FOTO - VİDEO
Yasamalda avtobusla taksi toqquşdu – Yolda hərəkət çətinləşdi - VİDEO
“Lada” və avtobus qəza törətdi - Sürücü belə xilas edildi - VİDEO
Rusiyada yerüstü piyada keçidi yük maşınının üzərinə aşdı - ANBAAN VİDEO
Xırdalan dairəsi yaxınlığında “BMW” və “QAZ” toqquşdu - VİDEO
Ağ Şəhərdə qəza: “Mercedes” və “BYD” toqquşdu - VİDEO
Sürücülük hüququ olmayan gənc qəzaya düşdü; 17 yaşlı sərnişin ÖLDÜ - VİDEO
Astarada “Niva” aşdı; sürücü ÖLDÜ - FOTO
Motosikletçi qəzada öldü, hadisə yerindən qaçan azərbaycanlı sürücü TUTULDU
Beyləqanda iki “VAZ” toqquşaraq yararsız hala düşdü - VİDEO











