"Şamaxinka"da qorxunc QƏZA: Avtomobil yararsız hala düşdü - VİDEO

Bakıda baş verən ağır yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən (BŞDYPİ) bildirilib ki, sözügedən hadisə sentyabrın 18-də, saat 01:50- də baş verib.
"Firudin İlqar oğlu Quliyevin idarə etdiyi "Lada Granta" markalı, 77-YZ-947 dövlət nömrə nişanlı avtomobilin idarəetməsini itirib və onu yol kənarındakı maneəyə çırpıb. Hadisə nəticəsində sürücü ilə yanaşı onun sərnişini Mehman Ceyhun oğlu Əhmədov xəsarət alıblar, avtomobil yararsız hala düşüb. Faktla bağlı araşdırma aparılır", - deyə məlumatda bildirilib./oxu.az
***
Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, hadisə paytaxtın "Şamaxinka" kimi tanınan ərazisində gecə saatlarında qeydə alınıb.
Hadisə ilə bağlı videogörüntü yayılıb. Görüntülərdən qəza nəticəsində avtomobillərdən birinin ciddi şəkildə zədələnərək yararsız hala düşdüyü görünür. Həmçinin yol təsərrüfatına da ciddi ziyan dəydiyi müşahidə olunur.
Qəzanın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Ölən və ya xəsarət alanların olub-olmaması barədə də məlumat yoxdur.
Hadisənin təfərrüatı, eləcə də qəzanın səbəbləri ilə bağlı aidiyyəti qurumlara sorğu verilib.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












