Şəkidə 29 yaşlı qızı avtomobil vurdu: vəziyyəti ağırdır
Qəzalar
9 Avqust 2019 15:43
Oxunub 1163

Faktla bağlı araşdırma aparılır
Şəki rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, rayon sakini, 1990-cı il təvəllüdlü Səfa Şahin qızı Abdullayevanı avtomobil vurub. Ağır xəsarətlər alan S.Abdullayeva dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralıya qapalı kəllə-beyin travması və beyinə qan sızması diaqnozu qoyulub. Vəziyyətinin ağırlığı nəzərə alınaraq o, Bakıdakı xəstəxanalardan birinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













