Şəkidə avtomobil dərəyə aşdı, ölən var

Şəkidə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hadisə gecə saat 03:00 radələrində Şəki-Qax avtomobil yolunun Şəkinin İnçə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan “Lada Priora” markalı minik avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb.
Qəza nəticəsində avtomobildə olan Laçın rayon sakini, 24 yaşlı Səbuhi Əlibala oğlu Ağazadə aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Avtomobildə olan daha üç nəfər – Şamaxı rayon sakini, 24 yaşlı Əzəlxan Qalib oğlu Vəliyev, Goranboy rayon sakini, 25 yaşlı Ruhin Fərid oğlu Əliyev və Mingəçevir şəhər sakini, 40 yaşlı Surxan Nazim oğlu Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Şöbəsinə yerləşdiriliblər.
Hazırda onların tibbi müayinəsi aparılır, diaqnozları dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Kürdəmirdə xurma ilə dolu yük maşını aşdı - VİDEO
Salyanda AĞIR QƏZA: İki nəfər öldü
Gəncədə ağır qəza: Beş nəfər xəsarət alıb
Moped və velosiped sürən iki gənc qəzada ÖLDÜ - VİDEO
Tovuzda avtomobil AŞDI: Xəsarət alan var - FOTO
Piyadanı maşın vurdu, iş məhkəməyə düşdü - Bu dəfə sürücüyə cəza verilmədi
Bakı-Qazax yolunda "Lexus" "KamAZ"a çırpıldı - VİDEO
Bakıda “BYD” ilə toqquşan “Hyundai” səkiyə dırmaşdı - VİDEO
Faciəvi qəzada ölən yeniyetmənin FOTOsu
Bakıda minik maşını yük avtomobilə çırpıldı: ÖLƏN VAR
İki yük avtomobilinin toqquşduğu ərazidə hərəkət bərpa olundu - YENİLƏNİB












