Banner

Şəkidə iki maşın toqquşub: Avtomobillərdən biri yanıb - FOTO

Qəzalar 9 Oktyabr 2026 19:03
Şəkidə iki maşın toqquşub: Avtomobillərdən biri yanıb    - FOTO
WhatsApp kanalımıza abunə olun

Şəkidə iki avtomobil toqquşub, qəzadan sonra avtomobillərdən biri yanıb.

Avtosfer.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Küdürlü kəndində qeydə alınıb. “QAZ-24” və “Ford” markalı minik avtomobilləri toqquşub. Qəzadan sonra “QAZ-24”də yanğın başlayıb. Yanğın nəticəsində avtomobilin yanar hissələri yanıb.

Yanğın Şəki Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri tərəfindən söndürülüb.

Hadisə zamanı 1 nəfər - “Ford”da olan sərnişin yüngül xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Şəkidə iki maşın toqquşub, avtomobillərdən biri yanıb - FOTO

Şəkidə iki maşın toqquşub, avtomobillərdən biri yanıb - FOTO

Şəkidə iki maşın toqquşub, avtomobillərdən biri yanıb - FOTO

Oxunub : 124
ŞƏRH YAZ
Ad

E-mail

Şərh