Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Gədəbəydə ölümlə nəticələnən yol qəzası barədə məlumat yayıb.
BDYPİ-dən Avtosfer.az-a verilən məlumata görə, oktyabrın 13-ü saat 22:00 radələrində, Gədəbəy rayon sakini Şükür Ələkbərov şənlik mərasimində spirtli içki qəbul etdikdən sonra sükanı arxasına keçdiyi “VAZ” markalı avtomobili rayonun Çanaqçı kəndi ərazisində aşırıb.
Qəza nəticəsində avtomobildə olan sərnişinlər – sürücünün həyat yoldaşı hadisə yerində həyatını itirib, 12 yaşlı oğlu isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
"Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitələrinin sükanı arxasında sərxoş əyləşən şəxslərin əksər hallarda nəticəsi ağır fəsadlarla bitən kobud qayda pozuntularına yol verdiklərini bir daha xatırladır, belə qanunazidd əməllərə meyilli olan sürücüləri sözügedən ailə faciəsindən düzgün nəticə çıxarmağa çağırır", məlumatda deyilir.
Babək prospektində maşın körpüdən aşdı - FOTO - VİDEO - YENİLƏNİB
Qax sakinini Masazırda maşın vurub öldürdü - FOTO
Bakıda zəncirvari QƏZA: Üç avtomobil yararsız hala düşdü - FOTO - VİDEO
Bakıda dəhşətli QƏZA: Oğlan öldü , sevgilisi ağır yaralandı
Qubada ağır qəzada ölən gəncin FOTOSU - YENİLƏNİB
Hamilə qadın qəzada öldü; maşını yandırdılar
İmişlidə "KIA" yük maşınına çırpıldı: ÖLƏNLƏR VAR - FOTO - YENİLƏNİB
Mərdəkan şosesində QƏZA: Su maşını "Range Rover"lə toqquşdu - VİDEO
Yağışlı havada daha bir DƏHŞƏTLİ QƏZA - VİDEO
Mərdəkan şossesində AĞIR QƏZA: Sıxlıq yarandı - FOTO
Bakıdan Cəbrayıla gedən avtomobil aşdı: Ziyarətə gedən qadın ÖLDÜ












