Sumqayıt-Bakı elektrik qatarı piyadanı vurub öldürdü - RƏSMİ - YENİLƏNİB

Bu gün səhər saat 07:40 radələrində 6006 saylı Sumqayıt-Xırdalan-Bakı elektrik qatarı Güzdək-Xırdalan mənzilinin 11-ci kilometrində 101 km/saat sürətlə (təyin olunmuş sürət 105 km/saat) hərəkətdə olan zaman dəmir yolu xətlərindən piyadaların keçidi üçün qadağan olunmuş yoldan qəfil keçməyə cəhd etmiş şəxsi vurub.
“Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) Avtosfer.az-a verilən məlumata görə, vurulan şəxs hadisə yerində dünyasını dəyişib.
Hadisə hüquq-mühafizə orqanları tərəfindən aidiyyəti üzrə araşdırılır.
İctimaiyyətə əlavə məlumat veriləcək.
08:51
Sumqayıtdan Bakıya doğru hərəkət edən elektrik qatarı Güzdək qəsəbəsindən keçərkən adam vurub.
Avtosfer.az-ın məlumatına görə, hadisənin intihar olub-olmadığı hələ bilinmir.
Qatar təxminən 30 dəqiqə gecikib və bununla digər qatarların hərəkətində də ləngiməyə səbəb olub.
08:09
Bu gün səhər 07:25-də Sumqayıtdan Bakıya yola düşən elektrik qatarı adam vurub.
Bununla bağlı oxu.az-ın hadisə yerində olan müxbiri xəbər verib.
Qatar bələdçisinin verdiyi məlumata görə, qatarın vurduğu şəxs ölüb.
Hadisə nəticəsində qatarların hərəkətində gecikmələr müşahidə edilir.
Kənar dairəvi yoldakı qəzanın anbaan görüntüləri - VİDEO
Bakıda motosikletin yolunu kəsən sürücü qəza törətdi - ANBAAN VİDEO
Hərbçimiz faciəvi şəkildə HƏYATINI İTİRDİ - VİDEO
Sabirabadda ağır qəza: ÖLƏN VAR - YENİLƏNİB
Sumqayıtda ağır QƏZA: Piyada hadisə yerində ÖLDÜ
"Formula-2"də qəza: Mari Boya yarışı vaxtından əvvəl dayandırdı - FOTO
Dəhşətli qəza baş verdi: Hərbçi həlak oldu
Sükan arxasında yuxulayan sürücü qəza törətdi - VİDEO
Binəqədidə qəza: “Mercedes”lə toqquşan “Changan” aşdı - VİDEO
Cəlilabadda qəza: İki “VAZ” bir-birinə çırpıldı - VİDEO
Naxçıvanda FACİƏ: Ər-arvad xəsarət aldı, körpələri ÖLDÜ - FOTO











