Banner

Hörmüz boğazında üç tanker minaya düşdü

Hadisə 24 Noyabr 2026 13:30
Hörmüz boğazında üç tanker minaya düşdü
WhatsApp kanalımıza abunə olun

Hörmüz boğazında üç tanker minaya düşüb.

Avtosfer.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin bəyanatında deyilir.

Gəmilərdən biri boğazın cənub sahilləri yaxınlığında, digər ikisi isə Hörmüz boğazının şərqində, ABŞ hərbçilərinin müşayiəti altında olub.

İran tərəfi əlavə edib ki, Hörmüz boğazında icazəsiz marşrutları sınaqdan keçirmək və dəniz xəbərdarlıqlarına məhəl qoymamaq olmaz. Gəmi sahiblərinə, kapitanlara və gəmiçilik şirkətlərinə xəbərdarlıq edilib ki, ABŞ hərbçilərinin himayəsi və müşayiəti dənizçilik qaydalarına və SEPAH Hərbi Dəniz Qüvvələrinin göstərişlərinə əməl etmək öhdəliyindən azad etmir.

 

Oxunub : 54
ŞƏRH YAZ
Ad

E-mail

Şərh