Sumqayıtda təhlükəli anlar: Sürücü avtobusun önündən çıxan piyadanı vurmasa da… - VİDEO

Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində baş verən yol-nəqliyyat hadisəsi avtomobilin kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, qəza bir neçə gün əvvəl səhər saatlarında baş verib. Görüntülərdən məlum olur ki, “VAZ-2107” markalı avtomobilin sürücüsü sağ zolaqda dayanmış avtobusun qarşısından qəfil şəkildə yola çıxan piyadanı son anda görərək nəqliyyat vasitəsini saxlayır. Bu zaman arxadan gələn və görüntünü qeydə alan avtomobil “VAZ”a çırpılır.
Hadisə nəticəsində avtomobillərə maddi ziyan dəyib.
Qeyd edək ki, piyadanın dayanmış nəqliyyat vasitəsinin önündən və ya arxasından qəfil şəkildə yolu keçməsi ciddi təhlükə yaradır. Eyni zamanda, avtobusun dayanacaqdan kənarda, piyada keçidinin üzərində dayanması da yol hərəkəti qaydalarına ziddir. Digər tərəfdən, arxadan gələn sürücünün ara məsafəsini düzgün təyin etməməsi qəzanın baş verməsində əsas amildir.
Nərmin
“Boksol yolu”nda qarşıdan gələn maşınları vecinə almayıb qəza törətdi - VİDEO
Qaz borusuna çırpılan yük maşını yolu bağladı – FHN cəlb olundu - VİDEO
Qəzada ölən Elşən “AzərEnerji”nin əməkdaşı imiş - FOTO
Cəbrayılda AĞIR QƏZA: Sürücü öldü
İdarəetmədən çıxan “Hyundai” işıq dirəyinə çırpıldı - VİDEO
Culfada qəza: Bir ölü, səkkiz yaralı - FOTO
"Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert
“Mercedes” “KamAz”a çırpıldı - Yaralılar var - FOTO - YENİLƏNİB
Qaradağda zəncirvari qəza: 4 maşın bir-birinə girdi - VİDEO
Ötmə qaydasını pozan sürücü qəza törətdi; sərnişin ÖLDÜ - VİDEO
Gəncədə qəza: “Mercedes” və “Chevrolet” toqquşdu - VİDEO












