Sürəti azaldıb təhlükə yaradan sürücülər qəzaya səbəb oldu - REAL VİDEO

Hərəkətin intensiv olduğu yolda sürəti azaldıb təhlükəli manevr edən və düzgün ara məsafəsi saxlamayan sürücü qəzaya səbəb olub.
Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Bildirilib ki, Sabunçu rayonu, Aeroport şosesində qeydə alınan bu yol-nəqliyyat hadisəsinə baxan hər bir sürücü bilməlidir ki, dönmə işığının yandırılması xəbərdarlıq üçündür, yollarda üstünlük qazandırmır.
"Təəssüf ki, bəzi sürücülər manevr, yerdəyişmə və ya dönmə zamanı dönmə işığını yandırmaqla digər hərəkət iştirakçıları qarşısında üstünlüyə malik olduqlarını düşünürlər. Bu cür düşüncə ilə hərəkəti davam etdirmək isə yollarda təhlükəli vəziyyətin, qəza şəraitinin yaranmasına səbəb olur.
Sürücülərə tövsiyə olunur ki, "Yol hərəkəti haqqında" Qanunun 42-ci maddəsinə nəzər salsınlar. Qanun tələb edir ki, sürücü hərəkətə başlamazdan, yer dəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Dönmə göstəriciləri və ya əl ilə siqnal manevrə başlamazdan əvvəl verilir, manevr qurtardıqdan sonra isə dərhal kəsilir. Siqnal verməsi sürücüyə üstünlük vermir və onu təhlükəsizlik tədbirləri görməkdən azad etmir", - məlumatda deyilir.
Türkiyədə dəhşətli qəza: Azərbaycanlı gənc qız dəhşətli şəkildə can verdi - FOTO
Müşfiqabadda qəza: İki maşın toqquşdu, gənc sürücü yaralandı - VİDEO
Beyləqanda ağır qəza - ÖLƏN VAR
Zığ yolunun bağlanmasına səbəb olan dəhşətli qəzanın anbaan VİDEOsu
Bakı-Quba yolunda qəza: Ölən var
Binədə qəza: “Chevrolet” sərnişin avtobusuna çırpıldı - VİDEO
Şamaxıda ağır QƏZA - VİDEO
Döngədə idarəetmədən çıxan “KIA” işıq dirəyini və dəmir maneələri dağıtdı; sürücü yaralandı - VİDEO
Bakıda qəza nəticəsində bağlanan yol açıldı - YENİLƏNİB
Naxçıvanda avtomobil AŞDI: Beş nəfər xəsarət aldı - FOTO
Hövsanda motosiklet “Mercedes”ə çırpıldı, sürücü bir neçə metr kənara düşdü - REAL VİDEO












