Sürücü sükanda yuxuladı - “Kamaz” marşrut avtobusuna çırpıldı - FOTO - YENİLƏNİB

Bakı-Şamaxı yolunda "KamAz" markalı yük avtomobilinin sərnişin avtobusuna çırpılması nəticəsində xəsarət alan şəxslərin son vəziyyəti açıqlanıb.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin, Kliniki Tibbi Mərkəzin və Respublika Neyrocərrahiyyə Xəstəxanasının birgə məlumatında bildirilir ki, martın 6-da saat 07:00-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə qəza səbəbindən Bakı-Şamaxı yolundan çağırış daxil olub.
"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən müştərək travma diaqnozu ilə üç nəfər (iki qadın, bir kişi) Kliniki Tibbi Mərkəzə, bir nəfər (qadın) Respublika Neyrocərrahiyyə Xəstəxanasına hospitalizasiya olunub.
Kliniki Tibbi Mərkəzin Təcili tibbi yardım şöbəsində zəruri tibbi xidmətlər göstərilən pasiyentlərin vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıblar.
Respublika Neyrocərrahiyyə Xəstəxanasının Neyrotravma şöbəsində müalicəsi davam etdirilən pasiyentin isə vəziyyəti stabil qiymətləndirilir", - deyə məlumatda vurğulanıb.
Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) cavab olaraq "KamAz" sürücüsü və avtobusda olan üç sərnişinin xəsarət aldıqları bildirilib.
Qeyd olunub ki, dayanacaqda dayanan 1965-ci il təvəllüdlü Bəylər Cümşüd oğlu Yusubovun idarə etdiyi "Daewoo" markalı 10-TH-152 dövlət nömrə nişanlı sərnişin avtobusuna çırpılan 1994-cü il təvəllüdlü Sərxan Səxavət oğlu Kazımovun idarə etdiyi "KamAz" markalı 10-GG-967 dövlət nömrə nişanlı yük avtomobili olub.
Faktla bağlı araşdırma aparılır./oxu.az
***10:30
Bu gün saat 07:30 radələrində Bakı-Şamaxı yolunun Abşeron rayonundan keçən hissəsində “Kamaz” markalı yük maşını qəza törədib.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, ağırtonnajlı yük maşını idarəetmədən çıxaraq dayanacaqda olan və 114 saylı xətt üzrə hərəkət edən avtobusa çırpılıb.
Nəticədə bir neçə nəfər müxtəlif dərəcəli xəsarət alıb.
114 saylı müntəzəm marşrut xətti üzrə xidmət göstərən “Xaliq Faiqoğlu” şirkətindən bildirilib ki, qəza yük avtomobilinin sürücüsünün sükan arxasında yuxulaması səbəbindən baş verib:
“Sürücü B.Yusibovun idarə etdiyi “Daewoo” markalı avtobus dayanacaqda olarkən yük maşını idarəetmədən çıxaraq qəza törədib. Nəticədə avtobusa xeyli zərər dəyib, həmçinin bir neçə sərnişin xəsarət alıb. Hadisə ilə bağlı aidiyyəti qurumlar məlumatlandırılıb və müvafiq araşdırmalar aparılır”.


Binədə idarəetmədən çıxan “KIA” aşdı - VİDEO
Lökbatanda taksi sərnişin avtobusu ilə TOQQUŞUB - VİDEO - YENİLƏNİB
Bakıda dəhşətli QƏZA: Qaydaları ciddiyə almayan moped sürücüsü iki maşının arasında qaldı - VİDEO
Qayda pozan sürücü bir maşını və iki piyadanı vurdu – Yaralılar var - VİDEO
Xətaidə qəza: Avtomobil motosikletlə toqquşdu - VİDEO
İkinci cərgədə sərnişin düşürən avtobus sürücüsü ölümə səbəb oldu; hansı cəza gözləyir? – AÇIQLAMA - VİDEO
Bakıda minik avtomobili motosikletçini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Ağır qəza BAŞ VERDİ - ÖLƏN VƏ YARALANAN VAR
Bakı-Şamaxı yolunda iki maşın toqquşdu - FOTO
Lökbatanda mikroavtobus yük maşınına çırpıldı - VİDEO
Bakıda avtobus 75 yaşlı qadının üstündən keçdi - VİDEO - YENİLƏNİB










