Sürücünün halı pisləşdi: Avtobus ağaca çırpıldı - VİDEO

Bakının Suraxanı rayonunda 184 nömrəli marşrut avtobusunun ağaca çırpılması nəticəsində xəsarət alan olmayıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-a "General Avto Company" daşıyıcı şirkət məlumat verib.
Bildirilib ki, bu gün saat 08:50-də 184 nömrəli avtobus Suraxanı rayonu ərazisində hərəkətdə olarkən yağışlı hava şəraitində idarəetmədən çıxaraq ağaca çırpılıb:
"Hadisə nəticəsində xəsarət alan olmayıb. Nəqliyyat vasitəsi təmir üçün qaraja aparılıb. Hadisə hüquq-mühafizə orqanları tərəfindən araşdırılır".
***
Bakı Suraxanı rayonunda 184 nömrəli marşrut avtobusu ağaca çırpılıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında qeydə alınıb.
Belə ki, 77-JM-499 dövlət nömrə nişanlı 184 saylı marşrut avtobusu idarəetmədən çıxaraq maneəyə çırpılıb.
Sərnişinlərin sözlərinə görə, qəzaya səbəb sürücünün anidən huşunu itirməsi olub:
"Sürücü normal sürətlə avtobusu idarə edirdi. Səhhətində sanki nəsə problem var idi. Anidən huşunu itirdi. Nəticədə avtobus idarəetmədən çıxaraq ağaca çırpıldı. Xoşbəxtlikdən heç kim xəsarət almadı".
Bakıda bir neçə avtomobil toqquşdu - VİDEO
İmişlidə "KIA" yük maşınına çırpıldı, ölənlər var - FOTO
Ağır QƏZA: Piyadanı vurub ÖLDÜRDÜ
Qaxda sərnişin mikroavtobusu dərəyə aşdı - VİDEO
Böyükşor yolunda ağır qəza - VİDEO
Türkiyədə TIR-la mikroavtobus toqquşdu 7 nəfər öldü
Novxanıda maşın aşdı: Xəsarət alan var - VİDEO - YENİLƏNİB
Şamaxıda AĞIR QƏZA: Ölən və xəsarət alan var
Mikroavtobus AŞDI - ÖLƏN VAR
Avtomobilin vurduğu piyada 3 gün sonra öldü - FOTO
Göyçayda avtobusla maşın toqquşdu – Xəsarət alanlar var - VİDEO












