“Təcili yadım” maşını qəzaya uğradı: içərisindəki xəstə öldü, 9 nəfər də yaralandı - FOTO

Türkiyənin Ağrı vilayətində “təcili tibbi yardım” maşının və minik avtomobilinin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, hadisə Yüzüncü İl məhəlləsində qeydə alınıb.
Məlumata görə, içində xəstə olan Nihad Qaplanın idarə etdiyi 04 AB 703 qeydiyyat nömrə nişanlı ambulans, sürücüsünün adı və qeydiyyat nömrə nişanı məlum olmayan minik avtomobili ilə toqquşub. Zərbənin şiddətindən “Təcili tibbi yardım” maşını aşıb.
Nəticədə ambulansda olan xəstə Əminə Adıgözəl hadisə yerində dünyasını dəyişib, sürücülərin və səhiyyə işçilərinin də aralarında olduğu hər iki nəqliyyat vasitəsindəki 9 nəfər xəsarət alıb.
Yaralılar digər ambulanslarla Ağrı Dövlət Xəstəxanasına çatdırılıblar.
Müvafiq qurumlar tərəfində araşdırmalara başlanılıb.
Namiq Musayev



Azərbaycanda DƏHŞƏTLİ QƏZA baş verdi - VİDEO
Nigeriyada ağır yol qəzasında 21 nəfər ölüb
Türkiyədə dəhşətli qəza: Azərbaycanlı gənc qız dəhşətli şəkildə can verdi - FOTO
Müşfiqabadda qəza: İki maşın toqquşdu, gənc sürücü yaralandı - VİDEO
Beyləqanda ağır qəza - ÖLƏN VAR
Zığ yolunun bağlanmasına səbəb olan dəhşətli qəzanın anbaan VİDEOsu
Bakı-Quba yolunda qəza: Ölən var
Binədə qəza: “Chevrolet” sərnişin avtobusuna çırpıldı - VİDEO
Şamaxıda ağır QƏZA - VİDEO
Döngədə idarəetmədən çıxan “KIA” işıq dirəyini və dəmir maneələri dağıtdı; sürücü yaralandı - VİDEO
Bakıda qəza nəticəsində bağlanan yol açıldı - YENİLƏNİB












