Tokayev AZAL təyyarəsinin qəzaya uğramasından danışdı

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev AZAL təyyarəsinin Aktau yaxınlığında qəzaya uğramasından danışıb.
Avtosfer.az xəbər verir ki, bu barədə o, Qazaxıstan Xalqları Assambleyasının növbəti sessiyasında çıxışı zamanı bildirib.
Prezident qəzanı xatırladaraq faciə zamanı qazaxıstanlıların hadisəyə çevik reaksiyasından bəhs edib: "Keçən il Aktau yaxınlığında təyyarə qəzası baş verəndə buna bir daha əmin olduq. Vətəndaşlarımız zərərçəkənlərə kömək etməyə tələsdilər. Onlar qan vermək üçün növbəyə durdular. Onlar Azərbaycan səfirliyinin önünə gül dəstələri düzdülər. Bütün dünya xalqımızın birliyinə, fədakarlığına heyran oldu. O an qəlbimizin genişliyi, açıqlığı və mehribanlığı və mərhəməti üzə çıxdı. Milli xarakterimizin xüsusiyyətlərini qoruyub saxlamalı və onları gənc nəslə ötürməliyik".
Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Aktau hava limanından 3 kilometr aralıda Azərbaycan Hava Yollarının (AZAL) “Embraer” təyyarəsinin iştirakı ilə faciəvi təyyarə qəzası baş verib.
Qəzanın təhqiqatına ICAO (Beynəlxalq Mülki Aviasiya Təşkilatı) konvensiyasına uyğun olaraq Qazaxıstan rəhbərlik edir. İşdə Azərbaycan, Rusiya mütəxəssisləri, beynəlxalq ekspertlər və "Embraer" nümayəndələri iştirak edirlər. "Qara qutu"lar açılıb və beynəlxalq ekspertlərin iştirakı ilə deşifrə edilir.
Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, təyyarədə 62 sərnişin və 5 ekipaj üzvü olub: 42 Azərbaycan vətəndaşı, 16 Rusiya vətəndaşı, 6 Qazaxıstan və 3 Qırğızıstan vətəndaşı.
Gəncədə ağır qəza: Üç yaralı
“Boksol yolu”nda qarşıdan gələn maşınları vecinə almayıb qəza törətdi - VİDEO
Qaz borusuna çırpılan yük maşını yolu bağladı – FHN cəlb olundu - VİDEO
Qəzada ölən Elşən “AzərEnerji”nin əməkdaşı imiş - FOTO
Cəbrayılda AĞIR QƏZA: Sürücü öldü
İdarəetmədən çıxan “Hyundai” işıq dirəyinə çırpıldı - VİDEO
Culfada qəza: Bir ölü, səkkiz yaralı - FOTO
"Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert
“Mercedes” “KamAz”a çırpıldı - Yaralılar var - FOTO - YENİLƏNİB
Qaradağda zəncirvari qəza: 4 maşın bir-birinə girdi - VİDEO
Ötmə qaydasını pozan sürücü qəza törətdi; sərnişin ÖLDÜ - VİDEO












